“Ləhic bağları”nda çimərlik hasarlandı.

İnsanlar çimərliyin hasarlanmasından şikayət edir.
Bu barədə Sozcu. info-a vətəndaşlar tərəfindən daxil olan şikayətdə qeyd edilib.
Bildirilir ki, söhbət paytaxtın “Ləhic bağları” adlanan ərazisindən gedir. Çimərlik ərazisinə gələn insanları daş divar qarşılayır:
“Çimərliyə gedən yolda hörülən hasarın hündürlüyündən dəniz belə görünmür.
Videodan gördüyünüz hasar bu şəkildə davam edir. Hasarı kim hansı məqsədlə hörürü bilmirik. Hasarın tikintisi tamamlanmadığı üçün hələ ki, uzun məsafə qət etdikdən sonra o tərəfə keçə bilirik. Lakin, digər tərəflərdən dəniz tərəfə keçmək mümkün deyil”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}