8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cəlilabad rayonunun Təzəkənd kəndində ev quşları arasında tələf olma hallarının çoxalması barədə xəbərlər yayılıb.
Yayılan xəbərlərə görə, kənd sakinləri ev quşlarının tələf olmasını quş qripinin yayılması ilə əlaqələndiriblər.
Məlumatı "Bakıpost" yayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli açıqlamasında ev quşlarının kütləvi tələf olması hallarının olmadığını deyib.
"Quşlardan müayinə üçün nümunələr götürülüb. Müayinələr hələ ki davam edir. Analizlərin nəticəsi yaxın günlərdə bəlli olacaq. Əslində, toyuqlar bir həyətdə tələf olub. Bütün kəndi əhatə etməyib.
Təəssüf ki, ev sahibi nə sahə baytar məntəqəsinə, nə də Cəlilabad rayon baytarlıq idarəsinə müraciət edib. Birbaşa tələf olmuş toyuqların şəklini çəkib saytlara göndəriblər.
Guya quş qripi yayılıb. Bir daha təkrar edirəm ki, quş qripinin yayılması əsassız fikirdir. Əgər kütləvi tələfat olsaydı bütün kənddə baş verərdi. Halbuki belə hal baş verməyib. Sadəcə, bir həyətyanı təsərrüfatda 3-4 toyuq tələf olub”.
Quş qripi xəstəliyinin yayılması xəbərindən danışan Yolçu Xanvəli bildirib ki, hazırda belə bir hal yoxdur.
"Quş qripinin yayılması qeyri-mümkündür. Çünki bu dövrlərdə miqrasiya getmir. Yaz miqrasiyası fevralda başlayıb mayın axırlarına qədər davam edir. İkinci miqrasiya isə oktyabrda başlayıb yanvara qədər davam edir. Kəndlərdə quşların tələf olması müxtəlif səbəblərdən baş verir.
Buna baxımsızlıq, qocalıq, sanitar tələblərə uyğun olmayan yerdə saxlanması, qurd xəstəlikləri kimi hallar səbəb ola bilər”.
Y. Xanvəli qeyd edib ki, cari ildə 2 dəfə monitorinq aparılıb.
"Heç birində quş qripi müşahidə olunmayıb. Hazırda respublikamızda quş qripi xəstəliyinə və digər yoluxucu xəstəliklərə görə epizotik vəziyyət sabitdir".