Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əvvəlki
Sonrakı
Milli Qurtuluşdan tarixi zəfərə
Bu gün, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Kəmaləddin Heydərov: "Xarakterik olaraq, bu, təbii yanğınlara oxşayır, lakin..."
“Bilirsiniz ki, yay aylarında Azərbaycanın dağlıq rayonlarında yanğınlar, xüsusən də meşə ərazilərində, biçilmiş və biçilməmiş taxıl sahələrində yanğınlar baş verir. Bu il isə keçən illərdən, keçən yay mövsümlərindən fərqli olaraq, demək olar ki, bir qədər çox yanğın baş verib. Biz indi Qəbələ rayonunun Abrıx kəndinin dağ hissəsində olan ərazilərə baxdıq, həm yerdən, həm helikopterdən müşahidə etdik. Doğrudan da, xarakterik olaraq, bu, təbii yanğınlara oxşayır, lakin yandırma faktları da yox deyil, var”.
Sozcu.info APA-ya istinadla xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qəbələ rayonunun Solquca və Abrıx kəndləri yaxınlığında yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə baxış keçirdikdən sonra bildirib.
Nazir qeyd edib ki, hüquq-mühafizə orqanları bu məsələni araşdıracaq: “Bundan qabaq da araşdırıblar, belə faktlar müşahidə olunur. Ya ehtiyatsızlıq üzündən və ya qəsdən yandırma olur. Bunlar yəqin ki, araşdırılacaq. Amma məncə, heç kimin vicdanı, insafı qəbul eləməməlidir ki, Azərbaycanın bu gözəl təbiətində belə hadisələr törətsin. Bu, illərlə, yüz illərlə bizim ulu babalarımızın qoruyub saxladığı, bizə verdiyi nemətdir. Ona görə də bunları qorumaq lazımdır. Əhalinin özü də, orada olan çobanlar da, giləmeyvə yığan insanlar da, kənd camaatı da - təbiətdən istifadə edən hər kəs onu qorumalıdır, nəinki belə pis əməllərə əl atmalıdır. Kənd camaatı özü də bildirir ki, bir nəfər hər hansı əməl törədirsə, bu, bütün kəndin adınadır, kəndin camaatının adınadır. Ona görə də camaat özü yol verməməlidir ki, o kənddən olan kimsə belə addım atsın. İctimai qınaq lazımdır. İctimai qınaq olmadıqca, cəzasızlıq olduqca, belə halların sayı artır”.
K. Heydərov gündəlik olaraq ərazidən məlumatlar aldıqlarını qeyd edib: “Mətbuatdan da bilirsiniz, bizim bu zonada 3 helikopterimiz işləyir. Yəqin ki, bu günə mövcud yanğınlar söndürüləcək. Amma bu, o demək deyil ki, arxayın olmalıyıq. Yay hələ ki isti keçir, bundan qabaq söylədiyim faktorlar hələlik var. Ona görə də həm ictimaiyyət, həm hüquq-mühafizə orqanları, eləcə də digər orqanlar, ekologiya işçiləri bununla ciddi məşğul olmalıdır. Çünki bu sərvət bütün Azərbaycan əhalisinindir. Qəbələ, Oğuz, Şəki, Balakən, digər dağlıq meşə ərazilərimiz Azərbaycanın elə bil oksigen mənbəyi, ağciyərlərdir. Ona görə bunlara etinasız yanaşmanı məncə, heç bir vətəndaş bunu qəbul etməməlidir. Hər bir vətəndaş belə hallar barədə hüquq-mühafizə orqanlarına, digər nəzarətedici orqanlara xəbər verməlidir. Ola bilər hansısa vətəndaş belə bir hadisə törədir, yaxşı, bəs, o, ictimai qınağı necə qəbul edir? Onun uşaqları, ailəsi bunu qəbul edirmi? Ona görə bu məsələlərdə hamımız diqqətli olmalıyıq. Azərbaycanın təbii sərvətlərini qorumaq bütün azərbaycanlıların borcudur”.
Nazir bildirib ki, yanğınsöndürənlərin işi yanğın baş verəndən sonra onu söndürməkdir: “Yanğın nəzarəti qurumları da müvafiq xəbərdarlıqlar göndərir. Amma hər halda ictimaiyyət, kənd əhalisi, o təbii sərvətlərdən istifadə edən vətəndaşlar buna xor baxmamalıdır, onu qorumalıdır, qoruyanlara dəstək olmalıdır, lazımı məlumatları aidiyyəti üzrə çatdırmalıdır. Ən azı ictimai qınaq olmalıdır. Bu əməli törədənlər kəndin içinə necə çıxırlar, ailələrinin üzünə necə baxırlar?! Bununla, böyük qəhrəmanlıq edirlər? Əksinə, dövlətə, millətə, təbiətə xəyanət edirlər. Ona görə gələcəkdə də bu məsələlərə çox ciddi baxmaq lazımdır. Bu qədər meşə sahəsi yüz illərlə əmələ gəlib. Onu 5 dəqiqənin içində yandırmaq... Mən bunu başqa cür adlandıra bilmərəm. Bu öz dövlətinə, millətinə, xalqına xəyanətdən başqa bir şey deyil. İllər boyu nəsillərimizin, babalarımızın, təbiətin yaratdığı sərvəti məhv etməyə başqa nə ad vermək olar?”
Fövqəladə Hallar Naziri bu məsələdə mətbuatın da üzərinə mühüm vəzifə düşdüyünü vurğulayıb: “Sağ olsun ki, mətbuat orqanları bunları işıqlandırır. Amma televiziyalarda, mətbuatda təbliğat işləri aparılmalıdır, insanlar maarifləndirilməlidir. Prezident İlham Əliyevin qurub-yaratdığı Fövqəladə Hallar Nazirliyinin bütün bu hadisələrə cavab vermək üçün gücü, qüvvəsi var. Amma olmazmı bu güc, qüvvə başqa yerdə sərf olunsun, istifadə edilsin? Belə çıxır ki, bunlar yandıracaqlar, sökəcəklər, FHN işçiləri də gedib onları bu bəladan xilas edəcək? Yox! Bu qüvvələr yaranıb ki, hər hansı təbii, texnogen hadisələr baş verəndə ona reaksiya versin. Yoxsa kiminsə hansısa səbəbdən meşəni yandırması nə dərəcədə düzdür? Bir daha təkrar edirəm, o, ailəsinin üzünə, cəmiyyət arasına necə çıxır? Cəmiyyət qınağı burada birinci yerdə olmalıdır. Bu qınağı isə ilk növbədə mətbuat orqanları formalaşdırır. Bunlar qəti yolverilməzdir. Xahiş edirəm ki, mətbu orqanlarında, televiziyalarda, saytlarda bu məsələ ilə bağlı ciddi iş aparılsın. Çünki təbiətin insana, insan orqanizminə verdiyi xeyir hamımız üçündür, təkcə o kənddə, o rayonda yaşayanlar üçün deyil. Ona görə də xahiş edirəm bu məsələyə ciddi yanaşılsın”.
K. Heydərov təbii fəlakətlərin dünyanın hər yerində yaşandığını diqqətə çatdırıb: “Dünyanın hər yerində meşələr yanır, sellər, daşqınlar olur. Bu, təbii fəlakətlərdir. Fövqəladə Hallar Nazirliyi yarananda Prezident, Ali Baş Komandan İlham Əliyev bizim qarşımızda mühüm vəzifələr qoyub. Biz ulu öndərimiz Heydər Əliyevin dediyi sözü həmişə əlimizdə bayraq edirik: “Bir hadisənin qarşısını əvvəldən almaq, hadisə baş verəndən sonra onu aradan qaldırmaqdan daha asandır”. Biz çalışırıq, bizim nəzarət orqanlarımız bunu edirlər, Prezidentin bizim nazirlik haqqında təsdiq etdiyi Nizamnamənin bütün müddəaları bundan ibarətdir.
Bu yaxınlarda Türkiyədə görünməmiş yanğınlar oldu. Azərbaycan Prezidentinin tapşırığı ilə bizim qurumlar da yanğınların söndürülməsində iştirak etdi və qardaş Türkiyə xalqına biz öz köməyimizi, dəstəyimizi göstərdik.
Bu cür yanğınlar dünyanın hər yerində baş verir. Rusiyada olan meşə yanğınları, minlərlə, yük minlərlə hektar meşələr yanır. Azərbaycanda da iqlim dəyişikliyindən irəli gələn problemlər mövcuddur. Qızmış kötüklərdən meşələrdə yanğın ola bilir. Bundan başqa, biçilmiş sahələri insanlar bəzən yandırırlar. Çox böyük səhv edilər, həm ekologiyaya, həm də torpağa zərər vururlar. Yandırmamalıdırlar, şumlamalıdırlar, başqa aqrotexniki işlər görməlidirlər.
Yanğınların qarşısını almaq üçün yanğından mühafizə qurumları, bundan başqa, xüsusi riskli qurumlarımız, aviasiya dəstəmiz, təyyarə və helikopterlərimiz var. Bunlar hamısı bu cür hadisələrin qarşını almaq üçündür. Lakin insanlar öz evlərini, mülklərini necə qoruyursa, təbii sərvətləri də elə qorumalıdırlar, çünki təbii sərvətlər də onlarındır”.
K. Heydərov bu kimi hallarla mübarizə üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və onların qurumlarının olduğunu qeyd edib: “Bu qurumlar sözügedən məsələlərlə ciddi məşğul olurlar. Bununla bağlı dövlət proqramları var, yeni proqramlar da hazırlanır. Özü də bu proqramlar təkcə meşələrlə bağlı deyil. Bilirsiniz ki, ölkədə su çatışmazlığı da nəzərə çarpır. Su qıtlığına qarşı da proqramları həyata keçirməyə başlamalıyıq. Helikopterlə müşahidə apararkən gördük ki, çaylarımızın səviyyəsi nə qədər düşüb. Bu, təbii haldır. Lakin biz su qıtlığına qarşı da proqramları həyata keçirilməyə başlamalıyıq. Yeni-yeni dövlət proqramları da həyata keçirməliyik. Qış aylarında suların akkumulyasiya olunması, onların yaz və yay aylarında həm içməli, həm də suvarma üçün istifadəsi üçün çox iş görməliyik. Su probleminin aradan qaldırılması ilə də bağlı Prezidentin tapşırığı var. Hökumət və ayrı-ayrı nazirliklər, onların qurumları bu işlə məşğuldur. Bu proqramlar həyata keçdikcə, problemlər də aradan qalxacaq”.
Oxşar Xəbərlər
Ağsuda meşə yanğını belə söndürülüb
Azərbaycanda meşədə baş verən yanğın lokallaşdırıldı: Nazirlik rəsmisindən əhaliyə ÇAĞIRIŞ
"Bəzi rəsmilər deyirlər ki, yağış yağanda yanğın dayanacaq"
Qəbələdəki yanğının söndürülməsinə helikopter cəlb olundu - YENİLƏNİB
Xəbər lenti
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
AÇIQLAMA – Tarix də açıqlandı
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
Milli Qurtuluşdan tarixi zəfərə
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...