Sabah hava necə olacaq?

Avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. 
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq. 
Atmosfer təzyiqi  normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində gözlənilən  hava şəraiti     
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:  
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Avqustun 31-də   Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim  tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°  isti, gündüz 34-39° isti, dağlarda gecə 14-19° isti, gündüz  24-29° isti olacaq.


Oxşar Xəbərlər

Xəbər lenti