Maska taxmayan poliklinika işçiləri cərimələndi

Sosial şəbəkələrdə Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılar inzibati məsuliyyətə cəlb olunublar.
Oxu.Az-ın məlumatına görə, görüntülərdə əks olunan şəxslərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar.
Eləcə də poliklinika rəhbərliyi həmin şəxslərə töhmət elan edib. Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.
11:56
Sumqayıtda poliklinikalardan birində gərgin anlar yaşanıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən məlum olur ki, poliklinikada növbədə dayanan şəxslər işçinin maska taxmamasına irad bildirib və tibb ocağının əməkdaşı ilə aralarında gərgin anlar yaşanıb.
Həmin görüntüləri təqdim edirik:


Oxşar Xəbərlər

Xəbər lenti