“Cəfər Cabbarlı” stansiyasının təmiri hansı mərhələdədir?

“Metronun “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmir və yenidənqurma işləri çərçivəsində yerüstü sahədə stansiya konstruksiyasının mühafizəsinin gücləndirilməsi məqsədilə üç istiqamətdə tədbir həyata keçirilir”. 
Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, birinci istiqamət üzrə kommunikasiya xətlərinin çəkilməsi və drenaj sisteminin yaradılması ilə bağlı işlərin 70 faizdən çoxu yekunlaşıb:
“Eyni zamanda yerüstü təbəqədə yaradılan izolyasiya qatı ilə bağlı işlərin 50 faizdən çoxu tamamlanıb. Vacib işlərdən biri də stansiya üzərində döşəmə daşlarının quraşdırılmasıdır ki, bu işlərin də 30 faizdən çoxu artıq yerinə yetirilib”.
“Ümumilikdə, bütün işlərin yaxın bir ay ərzində yekunlaşdırılması nəzərdə tutulur”, - deyə B.Məmmədov qeyd edib.


Oxşar Xəbərlər

Xəbər lenti