Bakıda Çingiz Aytmatovun heykəli ucaldılacaq, küçələrdən birinə adı veriləcək

Gələn il Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun heykəlinin açılışı olacaq.
APA-nın məlumatına görə, bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin 2021-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
“Bakı küçələrdən birinə də Çingiz Aytmatovun adı veriləcək”, - diplomat vurğulayıb.


Oxşar Xəbərlər

Xəbər lenti