Müstəqil Azərbaycanın Türkiyə ilə birliyi yüksələn xətlə inkişaf edir

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu bir gündür. Əsrlərlə azadlıq və müstəqillik amalı ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may ayında arzusuna qovuşdu. Şərqdə ilk dəfə olaraq azad, demokratik, dünyəvi dəyərlərə söykənən parlamentli bir respublikanın yarandığı dünyaya bəyan edildi. Bu müstəqilliyin ömrü 23 ay çəksədə 70 ildən sonra qəlbində yaşatdığı Müstəqillik arzusuna nail oldu. İndi Azərbaycan Müstəqil bir dövlət kimi beynəlxalq aləmdə xüsusi yerə malikdir. Azərbaycanın həm siyasi, həm də iqtisadi sahədəki uğurları bunun bariz nümunəsidir. Mayın 26-da  Bakıda açılışı edilən “TEKNOFEST Azərbaycan” festivalı da parlaq gələcəyin nümunəsidir. Hər iki bayramın, 28 may Azərbaycan Respublikasının Müstəqillik gününün və “ TEKNOFEST Azərbaycan”festivalının təntənəli surətdə qeyd edilməsi hər iki millətin, həm Azərbaycanın, həm də Türkiyənin qürur mənbəyinə çevrildi. Bu günlərdə yaşanan izdiham bütün dünyaya səs saldı və iki müstəqil qardaş dövlətin birliyinin, gücünün nümunəsinə çevrildi.

“Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Festival 2018-ci ildən etibarən hər il keçirilir. Bu il isə bu mühüm texnoloji tədbirə Bakı ev sahibliyi edirdi. “TEKNOFEST Azərbaycan” festivalı Azərbaycanda Türkiyənin elmi-texniki tərəqqi imkanlarının dünyaya göstərilməsi baxımından önəmli bir tədbirdir. Son günlər ərzində biz böyük, maraqlı aerokosmik və texnologiyalar festivalının şahidi olduq.Bakıda çox vacib bir tədbir keçirildi. Türkiyədə dünyaya göz açmış bu festival ilk dəfə olaraq Türkiyənin sərhədlərini aşaraq Azərbaycana gəlmişdi. Tədbirdə hər iki ölkənin rəhbərləri, Prezident İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edirdilər. 

 Bir zaman xəyal edilən məsələlər artıq həqiqətə çevrilmişdir və bundan da irəliyə getmişdir. Azərbaycan Türkiyə münasibətləri fərqli dövrlərə ayrılsa da, sonradan yeni bir dövrə keçdi və iki dövlətin yeni siyasətlə bir yerdə, uzun illər izlədiyi, yürütdüyü siyasətin nəticəsi kimi hesab etmək olar. Bu hadisələr tək bizim iki qardaş ölkənin arasında olan vacib əhəmiyyət kəsb edən hadisə deyil, bunlar beynəlxalq əhəmiyyətli hadisəyə çevrilmişdir. Təbii ki, burada biz dünyaya vacib mesajlar ötürə bildik. Çünkü “ TEKNOFEST” gələcəyin çağrışlarına cavabın axtarışına hesablanmış bir tədbir idi. Burada bizim aparıcı qüvvələrimiz, düşünən beyinlərimiz texnoloji baxımdan qabaqcıl müəssisələrimizin məhsulları burada  təbliğ edilirdi. Ona görədə həmin tədbirdə iştirak edən prezidentlər, Nobel mükafatı laureatı, dünya şöhrətli alim Əziz Səncər və eləcədə Səlcuq Bayraqdar bütün dövrümüzün ən önəmli  insanları kimi bizim cavanlara öz tövsiyyələrini verdilər. Bildirdilər ki, indi sizin zamanınızdır, sizin vaxtınızdır və sizlər öz sözünüzü deməlisiniz. 

Bu festival hər iki ölkənin başçıları tərəfindən qarşılıqlı razılıq əsasında ilk dəfə olaraq Azərbaycanda keçirildi. Əlbətddə ki, bu özü-özlüyündə bir mesaj idi. Azərbaycanda ilk dəfə keçirildiyinə baxmayaraq artıq festivalda 5 mindən çox müsabiqə iştirakçısı cəlb edilmiş, yüzlərlə dövlət və komersiya təşkilatları sərgiyə qoşulmuşdu. Bu tədbirdə biz Türkiyə və Azərbaycan vətəndaşlarının fəxri olan, Türkiyə Azərbaycan şahinlərinin Bakı səmasında gözəl uçuşlarının şahidi olduq. 

  Bu festival Azərbaycan tarixindəbir iz qoydu. Bu 4 gün ərzində 300 000 mindən çox insan bu festivalı ziyarət etdi. Başqa tərəfdən yanaşanda Azərbaycan və Türkiyə gənclərinin texnoloji yönümlü olmalarının şahidi olduq. Onlar yüksəklərə imza ata biləcəklərini sübut etdilər. Əlbətddə ki, hər iki ölkənin prezidentlərinin bu tədbirə qatılmaları onlara xüsusi önəm verdi. Həm siyasi baxımdan, həm də ki, gənclərə motivasiya baxımından çox böyük bir siqnal oldu. 

Möhtərəm Prezident İlham Əliyevin çıxışında  da qeyd etdi ki: “Qardaş Türkiyə həmişə bizim yanımızda olub, həm siyasi, həm də mənəvi dəstəyini bizdən əsirgəməyib. Bu işlərin hamısında biz hiss edirik ki, biz tarixin düzgün tərəfindəyik”.

Türkiyə Azərbaycan birliyi iki dövlət başçısının simasında sübut edir ki, biz həmişə ədalət tərəfdarıyıq, biz həmişə qara qüvvələrə, düşmənlərə sinə gərməyə hazırıq. Bu günlərdə Türkiyə və Azərbaycanlılar bir ailə kimi bir yerdə oldular. “TEKNOFEST Azərbaycan” festivalı bir daha sübut etdi ki, Türkiyə və Azərbaycan qardaşlığı birliyin, dostluğun rəmzidir.

 Məşkur  Mirzəyev  

“Suraxanı maşınqayırma zavodu” ASC-nin böyük hüquq məsləhətçisi 



Oxşar Xəbərlər

Xəbər lenti