8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
15 iyun tarixi azərbaycan xalqı üçün yaddaqalan bir gündür. Çünki məhz həmin gündən başalyaraq xalqımız parçalanmaq, bir millət kimi məhv olmaq təhlükəsindən xilas oldu. Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqımızı vətəndaş müharibəsindən xilas etmiş oldu.
İllər sonra bu tarix yeni bir əhəmiyyət kəsb etdi. 2021-ci il iyunun 15-i .Azərbaycan tarixində yeni bir əlamətdar gün oldu. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Mədəniyyət mərkəzimiz olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı.
Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü, Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi də rəmzi məna daşıyırdı var. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdı. Şuşa Bəyannaməsi -Türkiyə və Azərbaycan qardaşlığının yeni tarixi mərhələsinin əsasını qoydu.
Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırdı. Bəyyannamə sayəsində ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri beynəlxalq müstəvidə birgə əməkdaşlıq, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu sahələrində əlaqələri daha da genişləndirdi.
Şuşa Bəyannaməsində nəzərdə tutulan hərbi əməkdaşlıq, bir sıra iqtisadi layihələr, təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artırır. Bəyyananmə Türkiyə ilə Azərbaycan arasındakı tarixi münasibətlərə əsaslanır. Çünki, burada hər iki ölkənin liderlərinin, tarixi şəxsiyyətlərinin kəlamları öz əksini tapmışdır. Siyasi həmrəylik nümunəsi olan Şuşa Bəyannaməsi ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən təqdir edilmiş və azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklik adlandırmaq olar.
Bəyannamənin imzalanması ilə Azərbaycan və Türkiyə həm də bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, malların sərbəst hərəkətinin təşkilinə nail oldu.Şuşa Bəyannaməsi haqqında danışarkən xüsusi bir istiqamət kimi informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması da deyilənlərin bariz nümunəsidir.
Yekun olaraq, qeyd edə bilərik ki, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Eyni zamanda bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajıdır.
Suraxanı RİHB-nin Zığ qəsəbə
inzibati ərazi dairəsi üzrə
nümayəndəsi Qulam Səfərzadə