Ümummilli lider Heydər Əliyev bütün türk dünyasının fəxridir

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan böyük şəxsiyyətləri var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı öz arxasınca aparıb, ən taleyüklü məqamlarda böyük missiyaları üslənmişlərXalqın Ümummilli lideri Heydər Əliyev təkcə Azərbaycan tarixinə deyil, müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Türk dünyasının fəxri, Heydər Əliyevin türk dünyasının yüksəlişi barədəki strateji mövqeyini onun aşağıdakı sözləri aydın əks etdirir: “Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev daim qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm vermiş, hələ Sovetlər dövründə Türkdilli qardaş ölkələrə xüsusi rəğbət bəsləmişdir. O, hələ Azərbaycan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində işləyərkən Özbəkistan SSR-nin KP-nın Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışan Şərəf Rəşidovla sıx dostluq əlaqələri olmuşdur. Azərbaycanın milli liderinin türk dünyası ilə qarşılıqlı əlaqələri, yüksəliş strategiyasını Azərbaycan Prezidenti İlham Əliyev respublikaya rəhbərlik etdiyi elə ilk aylardan uğurla davam etdirməkdədir.
Özbəkistanın paytaxtı, ən böyük və strateji şəhəri olan Daşkənddə Heydər Əliyevin adını daşıyan meydanınaçılışı və mərkəzi hissəsində Ulu öndər Heydər Əliyevin böyük memorial kompleksinin ucaldılması türk dünyasının Ümummilli liderə olan böyük sevgisinin və ehtiramının bariz ifadəsidir. Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir.
Prezident İlham Əliyev Özbəkistana rəsmi işgüzar səfəri zamanı Heydər Əliyevin adını daşıyan meydanınaçılış mərasimindəki çıxışında Özbəkistanla qarşılıqlı iqtisadi əlaqələrin inkişaf etdirilməsilə ticari-iqtisadi sahədə ciddi tərəqqiyə nail oluna biləcəyini vurğulamışdır. Unutmaq olmaz ki, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləmdir. Bu, bizim üçün çox qiymətlidir və qardaşlıq münasibətlərimizin bariz nümunəsidir.                                         Suraxanı rayonunun fəal gənci Aytac Cabbarova



Oxşar Xəbərlər

Xəbər lenti