AMEA rəhbərliyi təcili TOPLANDI


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyinin iclası çağırılıb.

Sozcu.info  modern.az-a istinadən xəbər verir ki, hazırda AMEA-da toplantı keçirilir.

İclasda Prezident İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı ötən gün imzaladığı fərmandan irəli gələn məsələlərin müzakirə olunduğu bildirilir.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb. Fərmana əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib.

Bundan əlavə, nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı da təsdiq edilib.

Fərmana müvafiq olaraq, AMEA-ya qurumun Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.



Oxşar Xəbərlər

Xəbər lenti