8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Avqustun 10-da Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zülal Tağıyev küçəsində Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş Şəhidlər bulağının açılış mərasimi keçirilmişdir.
Sozcu.info xəbər verir ki, mərasimdə Suraxanı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, Şəhid ailələri və digər rəsmilər iştirak etmişlər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, dövlət başçımız cənab İlham Əliyevin müasir və müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişaf etdirilməsi sahəsində apardığı ardıcıl və məqsədyönlü siyasət ölkəmizin və xalqımızın bütün maneələrdən uğurla keçməsini təmin etmiş, böyük inkişafa nail olmağa tam şərait yaratmışdır. Bütün bunlar Prezidentimizin düşünülmüş siyasətinin və vaxtında atdığı addımların real nəticəsidir ki, biz qalib ölkəyik. Ölkəmizin ərazi bütövlüyünü bərpa edən qalib dövlət Rəhbərimiz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı. 44 günlük Vətən müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Hər birimizin borcudur ki, bizə qələbə sevincini yaşadan şəhidlərimizi daim qəlbimizdə yaşadaq, onların valideynlərinin daim xidmətində duraq. Rayonda şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bulaq-abidə komplekslərinin inşa edilməsinin artıq ənənə halını aldığını vurğulayan RİH başçısı bu işdə əziyyəti olan hər kəsə dərin təşəkkürünü bildirmişdir.
Sozcu.info