Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım – Jomart Tokayevlə görüşü

Azərbaycan əlverişli geosiyasi mövqeyə malik ölkədir və dünyanın bir çox ölkələri o cümlədən türk dövlətləri ilə siyasi-iqtisadi əlaqələr qurur. Müasir dövrdə türk birliyi, qardaşlığı daha da möhkəmlənir. 24 avqust 2022-ci il tarixində cənab İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb.

Cənab Prezidentin səfəri rəsmi xarakter daşıyır. Bu səfər ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edir. Azərbaycan- Qazaxıstan dostluğu bu gün iqtisadi, siyasi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə səbəb olub. Cənab Kasım – Jomart  Tokayev bu qardaşlığa yüksək dəyər verərək İlham Əliyevi Qazaxıstanın ali ordeni – “Qızıl qartal” kimi tərcümə olunan “Altun kıran” ordeni ilə təltif edib.

Həqiqətən cənab Prezident İlham Əliyev yüksək intellektə və uzaqgörən siyasətə malik ölkə rəhbəridir. O, ölkəmizin sərhəd bütövlüyünü təmin edərək uğurlu islahatlar həyata keçirir və regionda sülhün,  haqq-ədalətin bərpasına çalışır.

Qazaxıstan rəhbərinə Qarabağ müharibəsində  Azərbaycanı daim  beynəlxalq qurumlar çərçivəsində  dəstəkləməsinə görə Prezidentimiz öz təşəkkürünü bildirib. Öz növbəsində Qazaxıstan Respublikasının Prezidenti Qarabağın və Şərqi Zəngəzurun dinamik dirçəldiyini vurğulayıb. 24 avqust tarixində Qazaxıstan Respublikasının Prezidenti ilə cənab İlham Əliyev 20-dən çox sənəd imzalayıblar. Həmin sənədlər əsasında Azərbaycan  Qazaxıstan arasında ikitərəfli iqtisadi-ticari, mədəni və nəqliyyat-logistika infrastrukturunun inkişafı daha da genişlənəcək. Bu sənədlərin  imzalanması  iki ölkə ilə yanaşı Mərkəzi Asiya və digər türk dövlətləri üçün də əhəmiyyətlidir.
Qazaxıstan dostluq nümunəsi olaraq işğaldan azad olan Füzuli şəhərində yaradılması planlaşdırılan qazax xalqının oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişaf Mərkəzini qeyd edə bilərik. Cənab Kasım–Jomart  Tokayev Azərbaycanda  qaçqın və məcburi köçkünlərin probleminin Qazaxıstan üçün aktual olduğunu bildirib. Gələn ilin sonunadək Füzuli şəhərində incəsənət məktəbinin tikintisi Qazaxıstanın aparıcı  “BI” şirkətinə həvalə edilib.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf  və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturunun İnkişafı Nazirliyi arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Naxçıvan MR ilə birləşdirilməsinin gələcəkdə tranzit yükdaşımaların həyata keçirilməsində böyük əhəmiyyəti var ki, bu da Orta Dəhlizin tərkib hissəsi olacaq ki,gələcəkdə Azərbaycan Mərkəzi Asiyanın 5 ölkəsi ilə də çoxtərəfli əməkdaşlıq ediləcək. Ölkələr arasında ticarət dövriyyəsi keçən illə müqayisədə 3 dəfə artmışdır. Hər iki ölkədə müsbət investisiya mühiti var. Bu sahədə uğurlu islahatlar həyata keçirilir. Ölkəmizin bütün iqtisadi rayonlarınınözünəməxsus əlverişli təbii şəraitə malik olması  müxtəlif təsərrüfat sahələrinin inkişafına səbəb olub. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram həyata keçiriləcək. Cənab İlham Əliyev ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi və işğaldan azad olmuş rayonlarımızın yenidən dirçəlməsi üçün uğurlu islahatlar həyata keçirir. Müharibə şəraiti uzun müddət ölkə iqtisadiyyatına mənfi təsir göstərsə də hazırda abadlaşdırma işləri yüksək səviyyədə aparılır. Qazaxıstan və Azərbaycan BMT, ATƏT, Türk Dövlətləri Təşkilatında əməkdaşlıq edirlər və beynəlxalq çərçivədə fəaliyyət göstərərək daim inkişaf edirlər.

 İradə Həsənova 

79 №-li tam orta məktəbdə coğrafiya müəllimi



Oxşar Xəbərlər

Xəbər lenti