“Universal Döyüş”çülərimiz növbəti Avropa çempionatında

17-23 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində Universal Döyüş idman növü üzrə növbəti Avropa çempionatı keçirilir. Bu barədə AİA.Az təqdim olunan açıqlamada bildirilir ki, bu mötəbər yarışda Azərbaycan yığma komandası 6 idmançı ilə ölkəmizi təmsil edəcək. Belə ki, gənclər arasında Sadiq Kərimov 50 kq və Elton Əhmədov 85 kq çəki dərəcələrində, böyüklər arasında isə Cavad Vəliyev 75 kq, Təbriz Seyidov 85 kq, Qəzənfər Namazov 90 kq və Mehman Hüseynov 95 kq çəki dərəcələrində Avropa çempionluğu uğrunda mübarizəyə qatılacaqlar.
Qeyd edək ki, Universal Döyüş idman növü üzrə Azərbaycanın yığma komandası Avropa çempionatında SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Azər Həsənovun və məşqçi Yaqub İbrahimovun rəhbərliyi altında iştirak edir. Həmçinin bildirmək istəyirik ki, yığma komandaya “Repose Travel Baku” şirkəti tərəfindən də sponsor dəstəyi göstərilmişdir.

Mətbuata açıqlamalarında Azər Həsənov və Yaqub İbrahimov yetirmələrinin Avropa çempionatında ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliklərini ifadə ediblər.

Biz də öz növbəmizdə bütün idmançılarımıza uğurlar diləyirik və tezliklə onların qələbə sevinclərini qürurla paylaşacağımız günü səbirsizliklə gözləyirik!



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}