Zəngilan bu gün yeni həyata başlayır

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində dünyada və regionda Azərbaycana maraq artıb. Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışırlar. Zəngilanda düşmən tərəfindən həyata keçirilmiş vandal siyasət nəticəsində Qarabağın digər rayonlarında olduğu kimi infrastruktura ciddi ziyan dəyib. Vurulan ziyanın məbləğinin hesablanması istiqamətində iş aparılır və bu məbləğ olduqca yüksəkdir. Şanlı Ordumuz tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmən tapdağında qalan Zəngilanda həyat dəyişir. Yenidənqurma işləri davam edir
Bu prosesdə mədəni irsin qorunub saxlanılması, dirçəldilməsi prioritet olduğundan Ağdamda Cümə və Qiyaslı məscidlərinin bərpa edilməsi, Ağdam və Füzulidə açıq səma altında İşğal və Zəfər muzeylərinin yaradılması da qarşıya mühüm vəzifə kimi qoyulub.
Zəngilanda da bərpa-quruculuq layihələri uğurla həyata keçirilir. Rayon erməni faşizmi tərəfindən dağıntılara ən çox məruz qalan yaşayış sahələrindən biridir. Zəngilanın yenidən qurulması və bərpası BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla gerçəkləşdirilir.
Hazırda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilir, yaxınlığında isə şəhərin ümumi əhali sayını nəzərə alaraq yeni daha böyük bir məscidin tikintisi aparılır. HəmçininZəngilanda İşğal, Zəfər muzeyləri komplekslərinin və Memorial Parkın tikintisi də planlaşdırılır.
Eyni zamanda Zəngilan ərazisindən keçən Horadiz–Ağbənd dəmir yolu xətti 2023-cü ildə, Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolu isə 2024-cü ildə yekunlaşacaq. Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin aprel ayından Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə başlanılanmışdır ki, bu da rayonun işıqlı gələcəyinə bir sübutdur.
İkinci Qarabağ müharibəsi zərurət oldu. 44 günlük hərbi əməliyyatlar nəticəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmənin bütün resurslarını məhv etdi, onu diz çökdürdü, Ermənistan dövlətini kapitulyasiya sənədinə imza atmağa məcbur etdi.
Zəngilanda vaxtilə sıx meşəlik olub. İşğal dövründə bu meşələr də ermənilər tərəfindən məhv edilib, qırılıb. Bir sözlə ekoloji terrora məruz qalıb.  İlkin araşdırmalara görə, işğala qədər 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı məhv edilib. Monitorinqlər davam etdikcə, ermənilərin dağıtdığı ərazilərin miqyası daha çox olacaq. Əsas məqsəd tez bir zamanda Qarabağ bölgəsini yaşıllığa qərq etməkdir. İşğal dövründə düşmən rayonun Vənədli kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsində də ekoloji terror törədib. Meşə ərazisindəki ağaclar kəsilib, meşə talan olunub.
Müharibə qələbəmizlə qurtarsa da, düşmənin təxribatları hələ də davam edir. Bu da ondan qaynaqlanır ki, rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə beynəlxalq qurumlar tərəfindən nəinki, qınanılır, hətta onlara açıq-açığına havadarlıq edən Fransa kimi dövlətlər hələ də ikili standartlarından əl çəkmir.Buna həvəslənən ermənilər, deyəsən dəmir yumruğun növbəti zərbəsini görmək istəyirlər. Beynəlxalq hüquqi təşkilatlar düşmənə qarşı tədbirlər həyata keçirməlidir. Zəngilan bu gün yeni həyata başlayır-aeroport, Ağıllı kənd və digər layihələri uğurla həyata keçirilir ki, bu da onun gələcəkdə abadlaşmasından, çiməklənməsindən xəbər verir. 
Möhrərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi Qarabağın azad edilmısində hər birimizin payı var.
Sədai Vəlibəyli

Suraxanı RİHB-nin Yeni Suraxanı qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəsi



Oxşar Xəbərlər

Xəbər lenti