8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfransda iştirak edib.Cənubi Qafqazın aparıcı ölkəsi kimi geoiqtisadi və geosiyasi mövqeyindən maksimum yararlanaraq, regionlararası nəqliyyat-logistika əlaqələrinin yaradılmasında fəal iştirak edən Azərbaycan mühüm qlobal layihələrin reallaşmasına böyük töhfə verir. Hazırda Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də "Cənub-Qərb" və "Şimal-Qərb" layihələri üzərində iş aparır. Bütün bunlar isə bir daha təsdiqləyir ki, İlham Əliyev Azərbaycanı, nəinki Cənubi Qafqazda, ümumilikdə Avroatlantika geosiyasi arealında öz sözü və mövqeyi olan dövlətə çevirib və qlobal layihələri ilə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb.Azərbaycan Respublikasının Xəzər regionunda yerləşməsi onun siyasi, iqtisadi potensialına, inkişaf prioritetlərinə, xüsusilə xarici siyasətinin formalaşmasına mühüm təsir göstərmişdir. Bu gün Xəzər regionu böyük neft hövzəsi kimi strateji və geoiqtisadi mövqe baxımından, Şərq-Qərb, Şimal-Cənub tranzit-kommunikasiya sistemlərinin qovşağında dayandığından dünyanın aparıcı dövlətlərinin daim diqqət mərkəzindədir. Mövzunun aktuallığını şərtləndirən amillərdən biri AzərbaycanXəzər və Mərkəzi Asiya regionunda tutduğu mövqeyi, bu regionda iqtisadi əlaqələrin gücləndirilməsi strategiyasıdır.Beynəlxalq iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşaxəli inkişafını təmin etmək üçün böyük üstünlüklərə malikdir. Məhz buna görə Azərbaycanın milli iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir.“Cənub Qaz Dəhlizi”nin əsas elementlərindən biri kimi TAP layihəsi Xəzər regionunun qazını Avropaya nəql etmək üçün inşa edilib. Hazırda TAP boru kəməri Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər təbii qazla doldurulub. 2020-ci ilin noyabrın 15-də Trans-Adriatik Boru Kəməri (TAP) istismara verilib və kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətə gətirilib. 2020-ci ilin dekabrın 31-də Azərbaycan kommersiya qazının TAP vasitəsilə Avropaya tədarükünə başlanılıb. 2022-ci ilin mart ayında Azərbaycandan ümumilikdə 10 milyard kubmetr təbii qaz Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya daxil olub.Pakistan bizim torpaqlarımızın işğalı səbəbindən Ermənistanı tanımayan və Ermənistanla diplomatik əlaqələr qurmayan az sayda ölkələrdən biri olmuşdur. Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri kimi Pakistan ölkəmizlə siyasi, iqtisadi və mədəni əlaqələrin yeni tarixi şəraitə münasib şəkildə yenidən qurulmasına çalışmışdır. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir;“Smart city” konsepsiyasını işğaldan azad olunmuş ərazilərdə reallığa çevirmək üçün ilk növbədə davamlı beynəlxalq təcrübələri öyrənmək, növbəti mərhələdə tətbiq və təşviq etmək üçün əsasən informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etmək lazımdır. “Ağıllı şəhər” və “ağıllı kənd” texnologiyalarının tətbiqi Qarabağ regionunu dünyanın süni intellekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə və eyni zamanda Azərbaycanın innovasiya-startap fabrikinə çevirə bilər.Elburus Xəlilov
Suraxanı rayon Hövsan bələdiyyəsinin sədri
Sozcu.info