8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın bəzi yerlərinə 9-11 santimetr qar yağıb.
Sozcu.info Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunmaqdadır:
"Bəzi yerlərdə yağış, dağlıq ərazilərə isə qar yağıb. Dekabrın 5-i gün ərzində, 6-sı və 7-sində ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bakıda və Abşeron yarımadasında arabir yağıntı, mülayim şimal-şərq küləyi əsəcək, havanın temperaturu 3-5 dərəcəyədək isti olacaq.
Bölgələrdə bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq. Ayrı-ayrı rayonlarda isə yağışın intensivləşəcəyi ehtimal olunur. Aran rayonlarında 5-9 dərəcə isti, dağlarda isə 3-8 dərəcə şaxta olacaq".