Xalq öz öndərini heçvaxt unutmayacaqdır!Ğ

Tarixdə elə şəxsiyyətlər var ki, onların həyat yolundandanışmaq üçün bütöv bir xalqın, bütöv bir ölkənin tarixindəndanışmaq lazımdır. Ulu öndər Heydər Əliyev beləşəxsiyyətlərdəndir.
Azərbaycanın tarixi  siyasi taleyi, sosial-iqtisadi  mədənisahədə baş vermiş bütün dirçəlişlər ümummilli Heydər Əliyevinadı ilə bağlıdır. Heydər Əliyev hakimiyyətə gəldikdən sonramüstəqil Azərbaycan  azərbaycançılıq uğurunda çalışıb,mübarizə aparıb  qalib gəlib.
1969-cu ildən sonra Azərbaycan inkişaf etmiş sənaye ölkəsi,yüksək mədəniyyəti ilə bütün dünyada tanınan bir ölkəyəçevrildi. Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıyaVətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadanxidmət etmək fəlsəfəsini aşılayıb, Azərbaycanı 1969-1982-ciillərdə inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək,bugünkü müstəqilliyimizin təməlini qoyub.
1990-cı il 20 Yanvar hadisəsi Azərbaycan xalqı üçün çoxböyük itkilərə səbəb olmuşdur. Lakin bütün bu hadisələrxalqımızın gücünü  iradəsini qıra bilməmişdir. Heydər Əliyevinhakimiyyətə gəlişinə qədər bir sıra siyasi partiyalar  20 yanvarhadisələrinə qiymət verə bilmirdilər. Buna səbəb siyasipartiyaların xarici dövlətlərin göstərişi ilə oturub-durmaqları idi.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonrabu hadisəyə siyasi qiymət verildi. Hələ qanlı faciənin ertəsi günühəyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakıdaimi nümayəndəliyinə gələn xalqımızın Ümummilli lideri HeydərƏliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısındaqəzəblə qınadı, ifşaedici  cəsarətli bəyanat verdi. Daha sonraÜmummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MuxtarRespublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymətverdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərarqəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixlisessiyasındakı çıxışı zamanı Ümummilli lider Heydər Əliyevbəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindənAzərbaycan xalqına qarşı hərbi cavüz edilmişdir.
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevinhakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi iqtisadi böhrandan xilas oldu. Xalq öz öndərinə dərin rəğbətbəsləyirdi. Xalqın yaddaşında qurucu  xilaskar bir xadim kimiqalmışdır. Məhz 15 iyun Azərbaycan xalqı üçün ən önəmli əhəmiyyətli günlərdən biri-Qurtuluş Günü kimi qeyd olunur.

Ümummilli lider Heydər Əliyevin müdrik daxili  xaricisiyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, MilliOrdunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanınnüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdür. Uluöndərimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərininrəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar  işgüzar dairələrləyüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmış, bununlada ölkəmizə diqqət  maraq güclənmişdir. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə  sazişlər imzalanmışdır. Qarabağ münaqişəsinin dinc yolla nizamasalınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülməyə başlandı.Ölkənin iqtisadi həyatında mühüm dəyişikliklər baş verdi - aqrarislahatlar aparıldı. Azərbaycanın iqtisadi potensialını hərəkətə gətirmək, maliyyə sistemini yenidən qurmaq sahəsində ciddi addımlar atıldı.
Azərbaycan xalqının milli ideologiyasının formalaşmasıməhz Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Uluöndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq  möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevinfəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində ulu öndər Heydər Əliyevin əməyi danılmazdır. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanındünya birliyində nüfuzunun daha da artması baxımından çoxmühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir.
Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası  bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.
Ulu öndərin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Onun bu arzusunu Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi. Artıq Azərbaycan qalib xalqdır.
Dahi lider hərzaman Azərbaycan xalqının yaddaşında qurucu  xilaskar bir xadim kimi qalacaqdır! Xalq öz öndərini heç vaxt unutmayacaqdır!
Sədai Vəlibəyli 

Suraxanı RİHB-nin Yeni Suraxanı QİƏD üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti