Həmrəylik Gününün tarixi əhəmiyyəti

Heydər Əliyevin 1993-cü ildə xalqın istəyilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi ideoloji sərvətlərindən biridir. Ulu öndər Heydər Əliyev Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyin dərin siyasi və nəzəri əsaslarını irəli sürmüşdür.

Ümummilli liderin şəxsiyyət kimi böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olmasını unutmamasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərlə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Bütün tarixi dövrlərdə Heydər Əliyev hər zaman və hər yerdə Azərbaycan üçün çalışmış, həyatının ən böyük qayəsini milliliyini, bütövlüyün və həmrəyliyin qorunub saxlanılmasında görmüşdür. Xaricdə yaşayan soydaşlarımızın tarixı Vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da ümummilli liderimizin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında önəmli yer tutur.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” - deyə ulu öndər yeritdiyi siyasətlə dünya azərbaycanlılarının şəksiz siyasi-mənəvi liderinə çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirmişdir. Müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspora və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Məhz bu səbəbdən də Azərbaycan hakimiyyəti son illərdə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə, bu sahədə sistemli və ardıcıl siyasət yeritməyə çalışmışdır.

Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyəsətində prioritet istiqaqamətlərindən birinə çevrilmişdir. Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək, habelə digər hüquqlarını reallaşdırmaqdan ibarətdir.
Ülkər Babayeva
Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati
ərazi dairəsi dairəsi üzrə nümayəndəliyinin aparıcı mütəxəssisi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti