8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Prezident İlham Əliyev yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibəsində bir çox əhəmiyyətli məsələlərə toxundu.“Müharibə bitsə də, mübarizə hələ davam edir”. – Bu mübarizə az qala bütün əməli fəaliyyət sahələrini əhatəedir: siyasi-diplomatik, hərbi, iqtisadi, sosial, mədəni, mənəvi, psixoloji və s Ona görə də, “İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə deməkolar ki, müharibənin nəticələri dünya tərəfindən qəbuledilib. Bəli, 44 günlük müharibədəki şanlı Zəfərdən sonra respublikamızın nüfuzu dünyanın dörd tərəfində yüksəldivə bu yüksəliş davam etməkdədir. Beynəlxalq platformalar, Azərbaycanın tarixi Zəfərini – 30 illik işğala ay yarımdan da az müddətdə son verməyimizi getdikcə daha dərindən anlayırlar və ona görə də yüksək dəyərləndirirlər. Çünki qarşımızdakı yalnız Ermənistanla deyildi; biz faktiki olaraq dünya erməniliyinin sarıb-sarmaladığı güclü himayədarları ilə mübarizədəydik.
Bu günkü və gələcək nəsillərimiz bu tarixi hadisənihər zaman qürurla xatırlayacaq və dövlətimizin, xalqımız ınsınmaz iradəsi və qətiyyəti ilə fəxr edəcək. Biz təkcə hərb meydanında deyil, həmçinin siyasi, diplomatik sahələrdədə yüksək üstünlük qazanmışıq. İstər Vətən müharibəsi zamanı, istərsə də post müharibə dövründə baş verənlər bunu sübut edir. Dövlət başçısı, müzəffər Ali Baş Komandanın dünyanın tanınmış media orqanlarına verdiyi tutarlı və əsaslandırılmış, Ermənistanın və onun havadarlarının işğalçı mahiyyətlərini ifşa edən müsahibələr informasiya müharibəsində də qələbəmizə əsas oldu”.
Digər əməli fəaliyyət sahələrinə gəldikdə qısa şəkildəvurğulayaq ki, ərazilərimizin minalardan sürət vəkeyfiyyətlə təmizlənməsi, sürətli və keyfiyyətli quruculuq, abadlıq işləri, Böyük Qayıdışın ilk addımlarının atılmasıdır. Bu işlərin parlaq şəkildə görülməsi üçün güclü iqtisadiyyat lazımdır. Ümummilli liderin məşhur sözlərini minnətdarlıqla xatırlayırıq. “İqtisadiyyatı güclü dövlət hər şeyə qadirdir”
Afaq Səfərova
Suraxanı rayonu 275 nömrəli tam orta məktəbin
tərbiyə işləri üzrə direktor müavini
Sozcu.info