8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Artıq neçə illərdir ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar həyatın istənilən sahəsində öz effektivliyini açıq şəkildə göstərir. Bu mənzərənin müsbət nəticələri bütün fəaliyyət sahələrində, o cümlədən dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində özünü biruzə verir. Müasir Azərbaycan 30 il bundan əvvəlki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş və sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması işi də artıq zərurətə çevrilmişdi. Bu baxımdan“Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin təsisçisi olduğu və bu gün də fəaliyyəti cənab prezident İlham Əliyev tərəfindən uğurla aparılan Yeni Azərbaycan Partiyası ilə yanaşı müxtəlif siyasi partiyalar fəaliyyət göstərir. Ümumiyyətlə Milli Məclisdə hal-hazırda çoxpartiyalılıq üstünlük təşkil edir.
Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentin sədrinə etdikləri müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruri olduğunu vurğuladılar.Artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verilərək, sənədin hazırlanması üzrə işə başlanılmışdır. Ölkəmizin demokratik prinsiplərə söykənərək idarə olunmasından irəli gələrək Azərbaycanda dövlət qeydiyyatına alınmış bütün siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərinin Milli Məclisə təqdim edilməsi zəruri hesab edilmişdir.
Bəs yeni qanun hazırlanması hansı zərurətdən yarandı? Siyasi partiyalar həmin qanundan nə kimi yeniliklər gözləyirlər? Fikrimcə, hazırda qüvvədə olan qanun müasir dövlətimizin,cəmiyyətimizin inkişafına maneələr yaradır. Ona görə də, müasir inkişafın spesifikası və səviyyəsi nəzərə alınaraq, bu sahədə yeni qanunun hazırlanması zəruridir.Doğrudur, indiyə qədər mövcud qanuna bir neçə dəfə dəyişikliklər edilib. Amma bu dəyişikliklər kifayət deyildi. Nəhayət Milli Məclisdə təmsil olunan siyasi partiyalar parlamentin rəhbərliyinə müraciət edərək yeni qanunun hazırlanmasının vacibliyinibir daha vurğuladılar.
Müasir günümüzün reallıqları fərqlidir. Buna görə də partiyaların seçkilərdə iştirak səviyyəsi də diqqətə alınmalıdır. Yeni qanun hazırlanarkən mövcud reallıqlar, həm ölkəmizin, həm də siyasi partiyaların inkişaf yolu da nəzərə alınmalıdır.
Məlahət Əliyeva
Suraxanı rayonu 278 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info