Ulu öndər Heydər Əliyevin xalqına ən böyük xidmətlərindən biri də gələcəyimizə verdiyi töhfələrdir

Gənclərimizin əsil Azərbaycan vətəndaşı kimi formalaşmasında, ulu öndər Heydər Əliyevin danılmaz zəhməti və misilsiz xidmətləri var. Ümummilli liderin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti daim xüsusi yer tutub. XX əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını hesab edərək deyirdi ki, mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır.

Ulu öndər Heydər Əliyevin xalqına ən böyük xidmətlərindən biri də onun gələcəyimizə verdiyi töhfələrdir. O, elmə, təhsilə, mədəniyyətə və sair sahələrə verdiyi önəm öz bəhrələrini verib. Ümummilli lideri həmişə məktəbliləri, tələbələri, gəncləri diqqətdə saxlayıb və qayğılarına qalıb. Bu siyasətinin həyata keçirilməsində gənclərin iştirakı, gənclər təşkilatlarına, gənc ailələrə dövlət yardımı, eləcə də gənclərin məşğulluğunun təmin edilməsi, onların sağlamlığının qorunması, mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı” kimi prinsiplərə xüsusi diqqət yetirirdi.

Əziz övladlar! Sizin kimi gəncləri olan, gələcəyi olan Azərbaycan basılmazdır, sarsılmazdır! Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsiniz, əziz övladlar!” – Bu sözləri müasir Azərbaycanın memarı Heydər Əliyev 1998-ci il ölkə gəncləri ilə görüşündə demişdi.

Cəmiyyətin inkişafında və bir çox vacib problemlərin  həllində Azərbaycan gənclərinin rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını yüksəltmək məqsədilə ulu öndər Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü və 2 fevral 1996-cı ildə gənclərin I Forumu keçirildi. Həmin forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Azərbaycan gəncliyinin daha uğurlu gələcəyinə inandığını bildirdi. Gənclərimizin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması, onlara göstərilən ehtimadı doğrultmağa çalışmalarıdan ötrü bütün şərait yaradıldı. Ümummilli lider Heydər Əliyevin 2 fevral 1997-ci il tarixində imzaladığı Fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edildi.

Bu gün ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalan gənclərimiz respublikamızın inkişafı naminə çoxlu işlər görürlər. Elə ümummili liderimizin siyasətinin davamı olaraq müzzəffər Ali Baş Komandanın başçılığı ilə gənclərimiz 44 günlük Zəfər qələbəmizdə də xüsusi rol oynadılar. Ölkəmizin idarəetmə sistemində də gəncləşmə siyasətinə önəm verən Prezidentimiz gənclərimizə inanir, onların bilik və bacarıqlarından istifadə edir. 

Gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlətimizin gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.

Azərbaycanda aparılan gənclər siyasətinin uğurlu nəticələrinə diqqət edərkən vətənpərvər gənclərimizin formalaşmasını fəxarətlə qeyd edə bilərik. Gənclərimiz sərhədlərimizin qorunmasında, ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə böyük fədakarlıqlar göstərirlər. Gənclərimizin Vətən sevgisini qürur hissi ilə qeyd edən cənab Prezident İlham Əliyev “Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur”, - deyərək onlara olan inamıni bir daha sübut edir.

 Gənclərimiz doğma Vətənə sonsuz bağlılıqlarını şanlı Aprel döyüşlərində növbəti dəfə nümayiş etdirdilər. Aprel döyüşlərində Ordumuz gənc əsgər və zabitlərin fədakarlığı sayəsində düşmən tərəfə sarsıdıcı zərbələr endirdi və növbəti dəfə erməni işğalçılarının 27 sentyabr 2020-ci ildə başladığı təxribata cavab verən gənclərimiz Qarabağımızı işğaldan azad etdilər. 

Respublikamızda cənab Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq gənclərə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Gənclərimizdə genişmiqyaslı dövlət qayğısından, onlara yaradılan şəraitdən maksimum dərəcədə istifadə edərək Azərbaycanımızın inkişafı naminə böyük fəallıq nümayiş etdirirlər. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər.

 

 

Fikrət Quliyev

Yeni Suraxanı bələdiyyəsinin sədri 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti