8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Müstəqillik əldə etdikdən sonra Azərbaycan mühüm layihələrə imza atmışdır. Azərbaycanın inkişafı nöqteyi-nəzərindən belə layihələrin həyata keçirilməsi əhəmiyyətlidir. Azərbaycanın əlverişli təbii şəraitinin və təbii resurslarının olduğunu nəzərə alsaq bu cür layihələrin həyata keçməsi üçün bir əngəl olmadığını anlayırıq. Məhz belə layihələrdən biri də Cənubi Qaz Dəhlizi layihəsidir. Bu layihə özündə TANAP və TAP qaz kəmərlərinin genişləndirilməsini nəzərdə tuturdu. Cənub Qaz Dəhlizi layihəsinin məqsədi Şahdəniz yatağında istehsal edilən qazın TANAP və TAP boru kəmərləri vasitəsilə əvvəlcə Türkiyə daha sonra isə Avropaya çatdırmaqdır.2012-ci il iyun ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə o zamanlar Türkiyənin Baş Naziri vəzifəsini icra edən Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalamışdılar. 2 il sonra isə Cənubi Qaz Dəhlizinin, 17 mart 2015-ci ildə isə TANAP-ın təməlqoyma mərasimi keçirildi. Beləliklə Azərbaycan qazının Avropaya ixracı üçün ilk addımlar atılmağa başladı. 29 may 2018-ci ildə Azərbaycanda Cənub Qaz Dəhlizinin, 12 iyunda isə Türkiyədə bu dəhlizin əsas hissəsi olan TANAP-ın açılışı olub. Azərbaycanın təbii qazının TAP boru kəməri ilə Avropaya ixracına isə 31 dekabr 2020-ci ildən başlanıb.Azərbaycan qazının Avropaya ixracı ilə əlaqədar olaraq Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurası yaradıldı. Şuranın yaradılması təklifi cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülmüşdür. İndiyə qədər 9 Məşvərət Şurası keçirilmiş və bunların hər birinə ölkəmiz ev sahibliyi etmişdir. Sonuncu Məşvərət Şurası 3 fevral 2023-cü ildə baş tutmuşdur. Həmçinin Yaşıl Enerji Məşvərət Şurası da eyni tarixdə baş tutmuşdur. Şurada Prezident Klaus Yohannis və Xanım Komissar Kadri Simson da iştirak etmişdi.Azərbaycan təbii resurslarını nəzərə alaraq xarici dövlətlərlə davamlı əməkdaşlıq etməyə üstünlük verir. Belə ki, ötən il Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanan enerji sahəsində Strateji Memorandum xüsusi əhəmiyyətə malikdir. Ölkəmizin təbii resurslarının kefiyyətini nəzərə alaraq bu çox mühüm addımdır. İşğaldan azad olmuş Azərbaycan torpaqlarında eləcə də Xəzər dənizindəki külək enerjisinin potensialını düşünəndə atılan bu addımların əhəmiyyətini daha yaxşı başa düşürük.Ölkəmiz daim xarici dövlətlərlə qarşılıqlı layhələrə imza atır. SOCAR və BP şirkətləri bir-birilə strateji əlaqələr qurmuş iki böyük şirkətdir və onların bu əlaqələri 30 il bundan sonra da davam edəcəkdir. Bunun üçün maraqlı olan mühüm maliyyə qurumları var ki, bu gün onların nümayəndələri bizim aramızdadır. Biz ümidvarıq ki, səmərəli əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik.”- bu cümlələri Məşvərət Şurasındakı çıxışında cənab Prezident İlham Əliyev demişdi. Azərbaycanın zəngin təbii resurslarının olduğunu nəzərə alsaq, Azərbaycan hələ çoxlu belə layihələrə imza atacağını desək yanılmarıq.
Şəbnəm Zeynalova
Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin kitabxana direktoru
Sozcu.info