8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il fevralın 18-də Münxen TəlükəsizlikKonfransı çərşivəsində “Dağları aşmaq? Cənubi Qafqazdatəhlükəsizliyin qurulması“ mövzusunda plenar iclasdaiştirak etdi. Plenar iclasda Prezident İlham ƏliyevAzərbaycan Ermənistan münasibətləri və Qarabağməsələsi ilə bağlı bir sıra mühüm bəyanatlarla çıxışetmişdir. İlham Əliyev 44 günlük vətən müharibəsindənsonra regionda geosiyasi vəziyyətin tamamilə dəyişdiyinivə yeni reallıqların yarandığını vurğulamışdır. Prezidentqeyd etmişdir ki, bugün region üçün ən mühüm məsələsülhün və stabilliyin tam bərpa olunmasıdır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Qarabağla bağlı 1993-cu ildə qəbul etdiyi 4 qətnaməyə toxunan ölkə başçısı bildirdi ki, üzərindən 28 ildən çox vaxt keçməsinə baxmayaraq qətnamənintələbləri işğalçı ölkə olan Ermənistan tərəfindən icra olunmamışdır. O dövlət ki, Azərbaycan ərazisinin bir hissəsini, yəni 20 faizini işğal etmişdir. Azərbaycanın uzun illər ərzində göstərdiyi bütün səylərə baxmayaraq, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməmişdir.Danışıqlar prosesinin uzanması isə sozsüz ki, Ermənistana sərf edirdi. Buna görə də, Ermənistan bütün imkanları ilə danışıqlar prosesini süni şəkildə uzatmağa çalışırdı. Çunki burada Ermənistanın və tərəfdaşlarının əsas məqsədi münaqişəni dondurmaq idi. AncaqAzərbaycan buna imkan vermədi. Vətən müharibəsi zamanı Azərbaycanın rəşadətli ordusu və bütövlükdə Azərbaycan öz qanuni hüququndan istifadə edərək BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə,Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş oldu. Prezident İlham Əliyevində hərzaman çıxışlarında dediyi kimi, Azərbaycanın apardığı müharibə əsla işğalçı müharibə deyildi, bu ədalətinbərqarar olması üçün azadlıq müharibəsi idi. Qalibiyyətlə nəticələnən qələbəmizdə düzgün taktika və Azərbaycan xalqının motivasiyası mühüm rol oynamışdır. Cənab Prezident İlham Əliyev Munxendəki çıxışı zamanı dünya ictimaiyyətinə bir sıra vacib mesajlar vermişdir. O jurnalistin verdiyi suala çox kəskin və bir o qədər də qürurlu cavab verərək bildirmişdir ki, ümumiyətlə“Dağlıq Qarabağ” terminin işlədilməsi qüsurlu bir ifadədir. Çünki, Azərbaycan Respublikası ərazisində “Dağlıq Qarabağ” adlı bir ərazi vahidi yoxdur. Lakin, Azərbaycan Respublikası ərazisində erməni etnik qrupunun da yaşadığı “Qarabağ” regionu var. Cənab Prezident qeyd etdiki, bu məsələdə beynəlxalq ictimaiyyət və qurumlarhəsas davranmalı, Azərbaycan qanunvericiliyinə hörmətlə yanaşmalı və “Dağlıq Qarabağ” termininin əvəzinə“Qarabağ” ifadəsini işlətməlidirlər.Cənab Prezident çıxışında Azərbaycanın hər zamanbeynalxaq hüququn norma və prinsipləri çərçivəsində Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu qeyd etdi. Ancaq Prezident əminliklə vurğuladı ki,Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarında Qarabağ məsələsi nə müzakirə oluna nə də Qarabağla bağlı hər hansısa bir maddə sülh müqaviləsində yer ala bilər.Prezindet çıxışında açıq şəkildə bildirki ki, ATƏT-inMinsk Qrupu faktiki olaraq öz fəaliyətini dayandırıb. Çox təəssüf ki, Minsk Qrupu fəaliyyət göstərdiyi 28 il ərzində də münaqişənin həlli istiqamətində heç bir əsaslı addım atmamamışdır. Lakin Minsk Qrupundan fərqli olaraq, bugün Avropa İttifaqi tərəflər arasında danışıqlar prosesində fəal rol oynadığını görə bilərik.Görüşdə müzakirə olunan vacib məqamlardan biri də regionda uzunmüddətli və davamlı sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasının vacibliyinin vurğulanması idi. Belə ki cənab Prezident İlham Əliyev Ermənistantərəfinin bir daha diqqətinə çatdırdı ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməli, Azərbaycana qarşı əsrlərlə davam edən ərazi iddialarından əl çəkməli və tarixi xəritələr əsasında sərhədlərin delimitasiya prosesi aparılmalıdır.Bundan başqa Qarabağda yaşayan erməni azlıqların hüquqları və təhlükəsizliyi ilə bağlı məsələdən də söz açan ölkə prezidenti bildirdi ki, bu Azərbaycanın öz daxili işidir və Azərbaycanın Qarabağın erməni əhalisi iləmünasibətlərini Ermənistanla müzakirə etmək niyyəti yoxdur. Ancaq Azərbaycan bu məsələni Qarbağda doğulub yaşayan erməni icmasının üzvləri ilə müzakirə edə bilər. Çünki Qarabağda yaşayan erməni azlıqlarıAzərbaycan vətəndaşlarıdır. Azərbaycan çoxmillətli və tolerant bir ölkə olduğu üçün Azərbaycan ərazisindəyaşayan bütün etnik qruplar eyni hüquq və imtiyazlara malikdirlər.
Sonda onu qeyd etmək istəyirəm ki, Münxen təhlükəsizlik konfransı Azərbaycanın öz haqlı mövqeyini ifadə etməsi baxımından çox uğurlu platforma hesab edilə bilər. Belə ki, Münxen təhlükəsizlik konfransı çərçivəsində cənab Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda təhlükəsizliyin qurulması ilə bağlı diplomatik çıxışı ilə Ermənistan da daxil olmaqla böyük və regional güclərə ciddi mesajlar ötürmüş oldu.Səriyyə Cəfərova
S.S. Axundov adına 172 nömrəli tam orta məktəbin psixoloqu
Sozcu.info