8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti - Xocalı qətliamını həyata keçirdilər. 613 nəfər dinc sakinin qəddarcasına öldürülməsi, 1275 nəfərin girov götürülərək ən ağlasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir.Xocalıda baş verənlər soyqırımı ilə əlaqədar beynəlxalq konvensiyaların müddəalarına cavab versə də, təəssüflər olsun ki, dünya ictimaiyyəti hələ də faciəyə siyasi qiymət verməyib. Ermənilərin törətdiyi müdhiş cinayətin xarakteri və miqyası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada əksini tapmış müddəalara tam uyğundur. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayanların məhz azərbaycanlı olduqlarına görə həyata keçirilmişdir. Xocalı sakinlərinə qarşı soyqırımı cinayəti Dağlıq Qarabağın işğalı planı çərçivəsində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir.Təəssüf ki, bir çox dövlətlərin ikili standartlardan çıxış etməsinin, bəzilərinin məsələyə ehtiyatla yanaşmasının nəticəsidir ki, dünya ictimaiyyəti Xocalıda baş verənlərin soyqırımı olduğunu dilinə gətirmək istəmir. Təsəvvür etmək çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermişdir. Təəssüf ki, dünya unudur ki, bu cinayət təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmişdir.Təəssüf ki, bir çox dövlətlərin ikili standartlardan çıxış etməsinin, bəzilərinin məsələyə ehtiyatla yanaşmasının nəticəsidir ki, dünya ictimaiyyəti Xocalıda baş verənlərin soyqırımı olduğunu dilinə gətirmək istəmir. Təsəvvür etmək çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermişdir. Təəssüf ki, dünya unudur ki, bu cinayət təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmişdir.Azərbaycan dövləti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Bu gün hər bir azərbaycanlının, qanında, canında vətən sevgisi olan hər bir kəsin qarşısında duran ən əsas vəzifələrdən biri Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək Xocalı soyqırımı barədə əsl həqiqətləri dünyaya çatdırmaq, faciəyə beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin verilməsinə nail olmaqdır.Ümummilli lider Heydər Əliyevin siyasi kursunun öyrənilməsinə, təbliğinə, ideyalarının həyata keçirilməsinə dəstək verən, ulu öndərin zəngin irsindən bəhrələnərək ölkəmizin sosial-siyasi, iqtisadi, mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, vətəndaşların maddi rifahının yaxşılaşması üçün bu işə xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirən Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində də ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva hələ 2006-cı il yanvarın 24-də "Qarabağ həqiqətləri" bukletlər toplusunun təqdimat mərasimində bu barədə demişdir: "Hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır. Azərbaycan xalqı artıq neçə illərdir ki, belə bir haqsızlıqla üzləşmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış və əlil olmuşdur. 1 milyondan artıq insan 10 ildən çoxdur ki, öz doğma torpağından didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanlılar ermənilər tərəfindən soyqırımına və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bir milyondan çox soydaşımızın insan hüquqları tapdanmışdır. Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir. Bütün bu reallıqlar, bütün bu həqiqətlər bizim ən ağır problemimizdir və biz artıq bu reallıqlarla, bu həqiqətlərlə XXI əsrə qədəm qoymuşuq.Xocalı faciəsinin ildönümü hər il ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən də ürək ağrısı ilə qeyd olunur. Fevralın 26-da dünyanın bir çox ölkəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılır, piketlər, mitinqlər keçirilir. Son bir neçə ildə isə müdhiş faciə və onun qurbanlarının anıldığı ölkələrin, şəhərlərin coğrafi dairəsi genişlənmişdir. Azərbaycan diasorunun bu məsələdə fəallaşması, həmçinin türk diaspor təşkilatlarının aktiv şəkildə təbliğat kampaniyasına qoşulması Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün daha səmərəli tədbirlərin həyata keçirilməsinə təkan verib.Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə demişdir: "Bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, geniş ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərməlidir. Bu istiqamətdə görülən işləri razılıqla qeyd etməklə yanaşı, onu da bildirmək istərdim ki, tədbirlər daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməlidir".Xocalı faciəsinin ildönümü hər il ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən də ürək ağrısı ilə qeyd olunur. Fevralın 26-da dünyanın bir çox ölkəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılır, piketlər, mitinqlər keçirilir. Son bir neçə ildə isə müdhiş faciə və onun qurbanlarının anıldığı ölkələrin, şəhərlərin coğrafi dairəsi genişlənmişdir. Azərbaycan diasorunun bu məsələdə fəallaşması, həmçinin türk diaspor təşkilatlarının aktiv şəkildə təbliğat kampaniyasına qoşulması Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün daha səmərəli tədbirlərin həyata keçirilməsinə təkan verib.Xocalı sakinlərinə qarşı soyqırımı cinayəti Dağlıq Qarabağın işğalı planı çərçivəsində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir.Elmira Ələkbərova
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info