8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ölkədə aparılan sistemli islahatların dərinləşdirilməsi və Milli Məclisin fəaliyyətini tam şəkildə təşkil etmək sistemli islahatların davamı idi. Seçkilərin keçirilməsi haqqında Avropa İttifaqı tərəfindən verilmişobyektiv bəyanat və yeni seçilmiş deputatlarla,Azərbaycan parlamenti ilə işləməyə hazır olması seçkilərin tanınması deməkdir. Hökumət və parlament üzvləri xalqla daha sıx təmasda olmalı, məhsuliyyət və şəffaflıq prinsipini üstün tutmalıdır.
Cənab Prezident, öz çıxışı zamanı Milli məclisin çoxpartiyalı məclis olmasını və siyası qüvvələrin rəqabət apararaq seçkilərdə iştirakını vurğulamışdır. Milli Məclis tərəfindən atılacaq lazımi addımlardan biri də qanunvericilik sahəsində siyasi sistemin təkminləşdirilməsi və Azərbaycanda çoxpartiyalı sistemin da da möhkəm əsasılar üzərində qurulmasıdır. Eyni zamanda deputatlar seçildikləri dairələrdə fəal,seçicilərlə daim təmasda və yeni tərkibdə formalaşan Milli Məclis aparılan islahatlar müstəvisində mənəvi cəhətdən qüsursuz olmalıdır.Cənab İlham Əliyev qeyd etmişdir ki, bəzi yerli orqanlarda xalqımızı hiddətləndirən hadisələr baş veridiyindən, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında təmizləmə işlərinin aparılması üçün konseptual, eyni zamanda da struktur xarakterli islahatlar keçiriləcək.İslahatların dərinləşməsi üçün Milli Məclis yeni təkan verəcək və deputatlar qarşısında qanunvericilik sahəsində böyük vəzifələr durur.Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır;Dövlətimizin sosial dövlət olmasını atılan bütün addımlar, eləcə də minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb etməsi təsdiqləyir.Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclər olduğundan onların asudə vaxtlarının səmərəli təşkili, fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi Gənclər milli ruhda tərbiyə alması və xarici təsir altına düşməməsidir.
Ən böyük uğurlarımızdan biri olan siyasi sabitliyinqorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir.Müntənzəm artım dinamikası ilə inkişaf edən Avropa İttifaqı ilə əməkdaşlıq göstərir ki, Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər və Azərbaycanın xarici siyasəti situativ deyil.Ruzilə Möhbalıyeva
Suraxanı rayonu, 208 №li tam orta məktəbin tərbiyə işləri üzrə təşkilatçısı
Sozcu.info