Azərbaycanla Almaniya arasında hüquqi və müqaviləbazası yetərincə genişdir

Azərbaycan dünya arenasında ön sıralarda olmağa davam edir və getdikcə Avropa üçün daha cəlbedici tərəfdaşa çevrilirPrezident İlham Əliyevin 13-14 mart tarixlərində Almaniyaya işgüzar səfəri Azərbaycanın son illərdə Avropa üçün əhəmiyyətinin necə artdığının daha birnümunəsidir.
Səfər çərçivəsində aparıcı alman şirkətlərininnümayəndələri ilə planlaşdırılmış görüşlərhəmçinin Almaniya Prezidenti Frank Valter Ştaynmayer və Almaniyanın federal kansleri Olaf Şoltsla görüşləAzərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişafına daha da təkan verəcək.
Hazırda 77 sənəd imzalanıb, 7 sənədin layihəsi isə baxışdan keçirilməkdədir. Bu əməkdaşlıq həqiqətəAzərbaycanın Avropa İttifaqı (Aİ) üzvləri ilə münasibətləri arasında ən uğurlu olanlardandırİki ölkə arasında iqtisadi əməkdaşlıq son 30 il ərzində yüksək nəticələrə gətirib çıxarıbAzərbaycanda 200-dəartıq alman şirkəti qeydiyyatdan keçib kibunların təqribən 170-i Azərbaycan-Almaniya Ticarət Palatasının üzvüdür. Bu şirkətlər energetikasənayekənd təsərrüfatınəqliyyatkommunikasiyatikinti, bank işisığortaticarət və serviskimi sahələrdə fəaliyyət göstərirlər.
Azərbaycanla Almaniya arasında əmtəə dövriyyəsi 2022-ci ildə 1,25 milyard dollar təşkil edib kibunun 591,3 milyon dolları Azərbaycan ixracının, 663,5 milyon dollarıisə idxalının payına düşür. Son il ərzində Almaniya Azərbaycanın xarici ticarətində 8-ci, Azərbaycana ixracedən ölkələr arasında isə 4-cü yer tutub.
Almaniyaya Azərbaycan neftinin tədarükü ümumiticarət həcmində əsas dayaq nöqtələrindən biridirBeləlikləötən il Almaniyaya neft ixracının həcmi 881,4 milyon ton, dəyəri isə 563,7 milyon dollar təşkil edibEynizamanda 2022-ci ildə Almaniya Azərbaycan neftinin 10 əsas idxalçıları siyahısına daxil olub.
İki ölkə arasında energetika sahəsində əməkdaşlıq yüksək sürətlə inkişaf edirHələ 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın qaz treyderi Uniper SE qaz tədarükü üzrə uzunmüddətli müqavilə bağlayıblar.
Bundan başqa, 2016-cı ildə SOCAR və Uniper Azərbaycanda enerji səmərəliliyi üzrə layihələrin hazırlanması məqsədilə birgə əssisə yaradıblar. İlk layihə Sumqayıtda "Azərkimyaistehsal birliyinin kimya zavodunda buxar və elektrik enerjisi istehsalı kompleksinin təkmilləşdirilməsi və istismarından ibarət idiLayihənin2023-cü ilin yayınadək tamamlanacağı gözlənilirZavodda istehsal olunan elektrik enerjisi SOCAR əssisəsinədaha sonra isə Azərbaycanın elektrik şəbəkəsinə tədarük olunacaq.

Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının bərpası prosesinə gəlincə, alman şirkətlərinin xüsusəAlmaniyanın ənənəvi olaraq çox güclü olduğu bərpa olunan enerji mənbələrimaşınqayırmaavtomobil sənayesikimya sənayesi və elektronika sektorlarında iştirakı üçün böyük potensial mövcuddurBərpa olunan enerji mənbələri ilə uzlaşan "ağıllışəhər və kəndləkonsepsiyası da Almaniya üçün maraq təşkil edəsahələrdən biridir.
Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya strateji tərəfdaşlığının hərtərəfli və irəliləyən inkişafının parlaq nümunəsi olmaqla iki ölkəar asında münasibətlərdə yeni səhifə açır.
Bu səfər Azərbaycanın özünün iqtisadi və geostrateji üstünlüklərindən səmərəli şəkildə istifadə edərək Cənubi Qafqazda əməkdaşlıq üçün getdikcə daha çox tərəfdaş cəlb edən aparıcı ölkəyə çevrildiyindən xəbər verir.
Elmira Ələkbərova

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti