Siyasi dialoqla bağlı dövlətin təşəbbüslərin dair

Ölkənin siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini bildirən siyasi  münasibətlərdə  sağlam dialoq mühitini siyasi dəyər kimi cənab Prezident İlham Əliyev hər zaman vurğulamışdır.
O, müxəlifət nümayəndələrinin bəzən görmədiyimiz qüsurları görməsi, onları diqqətə çatdırması müsbət hal kimi dəyərləndirməlidir. 2018-ci ildən başlanan dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayır. Məhz bu islahatlar müasir dövrdə Azərbaycanda iqtisadi inkişafın daha yüksək səviyyəyə çatmasında mühüm amil olmaqla yanaşı, yeni milli və qlobal çağırışların həllində lokomotiv rolunda çıxış etməkdədir. Nəzərə alınmalıdır ki, hər bir siyasi partiya, siyasi mədəniyyət və siyasi dəyərləri təbliğ etməlidir.
Siyasi partiyalar haqqında yeni qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər. Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət formalarına adektvat tələb edir. Cənab Prezident görüş zamanı qeyri-obyektivlik və qərəzlilik bilavasitə xarici qüvvələrin marağına xidmət edir. Radikalların qərəzli siyasiritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurların gözdən salınmasına fokuslanıb. Lakin onların tək məqsədi küçə etirazlarıdır. Bu yanaşma isə rasional, xüsusilə də peşəkar və demokratik sayıla bilməz. Heydər Əliyevin dühası, İlham Əliyevin uzaq görənliyi bizi bu yolda da irəliyə aparacaq.
Güllər Məmmədli
118 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti