8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hər il xalqımız may ayının 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olduğu günü böyük fərəh, razılıq və minnətdarlıq hissilə qeyd edir. Bu heç də təsadüfi olmayıb, onun Azərbaycan xalqının tarixi taleyində müstəsna rol oynaması, həyat və fəaliyyətinin çoxcəhətliliyi və burada bizim öyrənməli olduğumuz çox müsbət keyfiyyətlərin mövcudluğu ilə əlaqədardır.Azərbaycan Respublikasının inkişaf tarixində 70-80-ci illər dönüş illəri hesab olunur ki, bu da Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında əsaslı quruculuq işlərinin, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi ilə müşahidə olunmuşdur. Məhz bu dövrdə əhalinin hər nəfərinə düşən milli gəlirin iki dəfə, sənaye istehsalının isə üç dəfə artması, respublikada 250-dən artıq mühüm müəssisənin, yeni sexlərin texnika və mütərəqqi texnologiya əsasında tikilib istifadəyə verilməsi regionların inkişafına öz müsbət təsirini göstərmişdir.Bu dövrdə Azərbaycanda 40-dan artıq maşınqayırma və metal emalı müəssisəsi istismara verilmişdir ki, onlar da 12 orta və kiçik şəhər və rayonlarda yerləşdirilmişdir. Qısa bir müddətdə respublika nəhəng tikinti meydanına çevrilmişdir ki, bu da Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhər, rayon və kəndlərdə geniş quruculuq və abadlıq işləri, həmçinin məktəblər, mədəniyyət evləri, inzibati binalar, yaşayış evləri, səhiyyə ocaqları, suvarma kanallarının tikilib istifadəyə verilməsi ilə öz təsdiqini tapır.1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi onun qarşısında bazar münasibətlərinə keçid şəraitində yeni imkanlar yaratmışdır. Qeyd etmək lazımdır ki, ölkənin dinamik və davamlı inkişafı onun təbii resurslarla, əsasən neft və qazla zəngin olması ilə bağlıdır və ölkənin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.Ümumilikdə, bu dövrdə Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrinin inkişaf etdirilməsi və bu istiqamətdə elmi əsaslandırılmış siyasətin işlənib hazırlanması vəzifəsini irəli sürmüşdür. Bu da öz ifadəsini Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra və 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasında tapır. Belə ki, 1991-ci ildən başlanan siyasi və iqtisadi dəyişikliklər respublika iqtisadiyyatının bütün sahələrinə, o cümlədən sənayeyə də öz təsirini göstərmiş və onların inkişaf tempini aşağı salmışdır. Sənaye üzrə məhsul istehsalının aşağı düşmə tempi 1995-ci ildə 30 faiz təşkil etmişdir.Ulu öndər hər zaman xalqın içində səmimi çıxış və söhbətləri ilə yaddaşımızda qalıb.“Suraxanı neft yatağının sənaye üsulu ilə istismarının 90 illik yubileyi münasibətilə sizi, sizin simanızda bütün suraxanılıları, bütün Azərbaycan neftçilərini səmimi qəlbdən təbrik edirəm. Azərbaycan neftçilərinə gələcək işlərində uğurlar, həyatda səadət, xoşbəxtlik arzu edirəm”Bundan əlavə qeyri-neft sektorunun inkişafı üçün də istiqamətlər vermişdi.-Azərbaycanda, sənayenin başqa sahələri xüsusən maşınqayırma, elektrotexnika, radiotexnika, cihazqayırma, elektronika, metallurgiya və digər sahələri də inkişaf edib. Böyük potensialı olan, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı, emal sənayesi, yüngül sənaye də çox inkişaf edib. Azərbaycanın bugünkü sənaye mənzərəsi çox genişdir, sənaye potensialı çox böyükdür, sənaye sahəsində çalışan alimlərimiz, mühəndislərimiz, mütəxəssislərimiz çox böyük elmi-texniki, intellektual potensial təşkil edir. Biz bunlarla fəxr edirik. Bütün bunlar Azərbaycanın müstəqilliyini möhkəmləndirmək üçün və ölkəmizin bundan sonra daim müstəqil yaşaması üçün böyük əsasdır. Bu bizim milli sərvətimizdir və daim milli sərvətimiz olacaqdır.Suraxanı neft yatağının sənaye üsulu ilə istismarına başlanmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı-26 avqust 1994-cü il
Heydər Əliyev hər zaman ölkələrarası iqtisadi əməkdaşlığı dəstəkləyib və təbliğ edib.-Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələri var, bu əlaqələr bundan sonra daha sürətlə inkişaf etdiriləcək. Başqa dövlətlərlə də əlaqələrimiz yaxşılaşıb və yaxşı olacaqdır. Avropa ölkələri ilə, ABŞ ilə Azərbaycan Respublikası arasında sıx əlaqələr var. Ermənistanın təcavüzünün qarşısını almaq üçün, işğal olunmuş torpaqlardan Ermənistan silahlı qüvvələrini çıxarmaq üçün biz Birləşmiş Millətlər Təşkilatının imkanlarına çox güvənirik və həmin təşkilatdan bundan sonra da istifadə etməyə çalışacağıq.Bu məsələlər haqqında sizə qısa məlumat verməklə demək istəyirəm ki, hər bir müstəqil dövlət, əgər müstəqil siyasət aparırsa və müstəqil xarici siyasət yeritmək istəyirsə, o, şübhəsiz, dünyanın bütün dövlətləri ilə qarşılıqlı əlaqələr yaratmalıdır. Eyni zamanda cürbəcür bloklara, müxtəlif qruplara da girməlidir. Müxtəlif blok və qruplarda iştirak etmək heç də o dövlətin müstəqilliyinə zərər gətirən amil deyildir. Biz yenə də tariximizə nəzər salmalıyıq. Məsələn, XV əsrdə yaşamış böyük dövlət xadimi Uzun Həsən hələ o vaxt Azərbaycanın Avropa ölkələri ilə diplomatik əlaqələrinin qurulması üçün addımlar atmış, oraya səfirlər göndərmiş və əlaqələr yaratmışdı. 1918-ci ildə yaranmış müstəqil Azərbaycan dövlətinin hökuməti bir çox ölkələrlə, o cümlədən Rusiya ilə diplomatik əlaqələr yaratmışdı. Şübhəsiz ki, əgər ADR yaşamış olsaydı, bu əlaqələr daha da genişləndirilərdi. İndi Azərbaycan Respublikası da bir müstəqil dövlət kimi öz müstəqilliyini təmin etmək üçün həm ikitərəfli müqavilələr bağlamalıdır, həm də ayrı-ayrı bloklara, ayrı-ayrı qruplara daxil ola bilər. Odur ki, Azərbaycanın MDB-yə girməsi, şübhəsiz, Azərbaycanın tam xeyrinə olan addımdır və güman edirəm ki, əhalinin və parlament üzvlərinin əksəriyyətinin bu barədə fikri Azərbaycanın gələcəyi üçün əhəmiyyətlidir.Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxışı - 22 sentyabr 1993-cü ilBütün bunlara görə də Ulu öndər qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər reallaşdırırdı. İstehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafı məqsədilə kompleks tədbirlər görüldü... Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdandan sonra isə müstəqil dövlətimizin yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi.Simayə Teymurova
Suraxanı rayon N.Salamov adına97 saylı tam orta məktəbin coğrafiya müəllimi
Sozcu.info