12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
“Prezident Rəcəb Tayyib Ərdoğanın sağlam və güclü formada vəzifəsinin başındadır”.
Sozcu.info xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya idarəsinin rəisi Fəxrəddin Altun bildirib.
O deyib ki, bəzi dairələr ölkə liderinin səhhətinə dair əsassız məlumatlar yayırlar və bununla siyasi qazanc əldə etməyə çalışırlar.
Xatırladaq ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.
Canlı yayım bərpa edildikdən sonra Türkiyə lideri deyib: “Seçki kampaniyasına görə çox işləyirik. Bu səbəbdən mədəmə soyuq olub”.
Dövlət başçısının aprelin 26-na nəzərdə tutulan proqramı təxirə salınmışdı. R.T.Ərdoğan ötən gün evində istirahət edib.