Bu gün, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Türkiyədə baş tutan prezident və parlament seçkilərindən sonra, Zəfər Partiyasının sədri Ümit Özdağ partiyasının seçki performansına görə üzr istəyib.Sozcu.info xəbər verir ki, bu barədə Özdağ sosial media hesabında yazıb."Sizi qələbəyə apara bilmədiyimiz üçün hamınızdan üzr istəyirəm.“Hörmətli Zəfər Partiyası üzvləri, Cümhuriyyətimizin 100-cü ildönümündə Atatürkün ruhunu uca tutacaq və sizi zəfərə aparacaq bir nəticə əldə edə bilmədiyimiz üçün hamınızdan üzr istəyirəm.Bəli, biz seçkini ikinci tura apardıq. Ancaq bu nəticəni uğur kimi görmürəm.13 milyon qaçqın və qanunsuz miqrantın yaşadığı bir ölkədə daha çox səs toplamalıydıq. İndi isə təəssüf ki, bu 13 milyon nəfərin öz vətənlərinə qayıtması xeyli çətinləşib.Çox çətin şərtlərdə göstərdiyiniz səylərə və sizin yox, mənim məğlubiyyətimə baxmayaraq göndərdiyiniz dəstək mesajlarına görə hamınıza təşəkkür edirəm”, - Ü.Özdağ bildirib.O qeyd edib ki, seçkilərin ikinci turu ilə bağlı lazım olan addımları “Ata” alyansının namizədi Sinan Oğanla birlikdə səlahiyyətli komitələrlə danışıqlar apararaq atacaqlar.Qeyd edək ki, açıqlanan sonuncu rəsmi məlumatlara əsasən Zəfər Partiyasının heç bir namizədi parlamentə düşə bilməyib.