Prezident İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft vəQaz sərgilərinin açılışında çıxış edib

Möhtərəm Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycan həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən inkişaf edən dövlətlər sırasındadır. Qürürverici haldır ki, ölkəmizin qüdrətli, vüsətli yüksəlişi beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır.
Bu gün Azərbaycan nəhəng neft-qaz kəmərlərinin keçdiyi bir mərkəzə çevrilib, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, bütün bunların əsası məhz 1994-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Gələn il 30 illiyi qeyd olunacaq “Əsrin müqaviləsi” bütövlükdə, Azərbaycanın gələcək taleyini həll etdi. Bundan əvvəl də zəngin neft ehtiyatları ilə tanınmasına baxmayaraq, Azərbaycan hasilat sənayesində zəruri iqtisadi mexanizm qura, sovetlər  şəraitində öz mənafeyini təmin edə bilməmişdi. Ulu öndərin rəhbərliyi ilə “Əsrin müqaviləsi” hazırlanıb imzalanarkən müstəqil dövlətimizin və xalqımızın mənafeləri tam təmin olundu, milli məqamlarımıza uyğun pay bölgüsü aparıldı. Dünyanın güclü şirkətləri ilə birgə müəssisələr yaradıldı, neftdən əldə edilən gəlirlər hesabına milli iqtisadiyyat quruldu,  ölkənin düçar olduğu sosial-iqtisadi çətinliklər aradan qaldırıldı.
“Əsrin müqaviləsi”  sayəsində inşa edilən yeni neft kəmərləri Azərbaycanı dünya ilə birləşdirərək, ölkəmizin beynəlxalq aləmdə siyasi nüfuzunun artmasını şərtləndirdi. Geosiyasi proseslərdə  müstəqil dövlətimizin maraqlarının istənilən səviyyədə nəzərə alınması sonrakı dövrdə onun həm iqtisadiyyatının, həm də siyasi gücünün möhkəmlənməsinin əsasını təşkil edə bildi.
Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi xəttin, sosial-iqtisadi strategiyanın möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən ardıcıllıqla və uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin olundu, beynəlxalq miqyasda nüfuz daha da artdı.

Əlixan Əliyev

Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsi

Sozcu.info

 



Oxşar Xəbərlər

Xəbər lenti