Heydər Əliyev- zamanın seçdiyi dahin şəxsiyyət



 “Heydər Əliyev“ bu adı çəkəndə insan oğlunun ağlına, ilk növbədə, “Azərbaycan ” onun inkişafı, irəliləyişi və çiçəklənməsi gəlir. Bu dahi şəxsiyyət sanki Azərbaycanın taleyi üçün dünyaya gəlmişdir.

Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümumilli Lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə,   zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Heydər Əliyevin fəaliyyəti, xalq qarşısında xidmətləri misilsiz olduğu kimi, onun arzuları da böyük və möhtəşəm idi.” Azərbaycan bütün dünyaya günəş kimi doğacaq” deyən Ümumilli Lider həm də böyük optimist idi. Tale onun optimizminə həmişə haqq qazandırırdı. Azərbaycanın dünyanın ən uğurlu dövləti kimi qəbul edilməsi,  günü–gündən inkişafın yeni pilləsinə qalxması Heydər Əliyevin dərin optiminizminə əsaslanan böyük arzularının həyata keçirilməsinin əyani ifadəsidir.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.  Ermənistan- Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti  öz suverenleyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Bu günkü müasir, müstəqil Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümumilli Liderin əsasını qoyduğu siyasət, Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilir.   

Adilə Bağırzadə

Suraxanı   rayonu, 76  nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}