Ədalət və mərhəmət qalib gələcəkmi?


Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri,uydurma ittihamlarla həbs olunmuş Rasim Məmmədovun 59 yaşı tamam olur. Rasim Məmmədovun 88 yaşında olan anası Hafizə Məmmədova “Ege” hospitalında reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub. Hafizə Məmmədova Rasim Məmmədovun  himayəsi altında yaşayırdı. Uydurma ittihamlarla həbs olunmuş Rasim Məmmədov ona verilmiş cəzanın üçdə birindən artığını çəkib. Hüquqi ədalət Rasim Məmmədovun azad olunmasını, mərhəmət hissi isə son günlərini yaşayan Hafizə Məmmədovanın oğluna qovuşmasını diqtə edir. Ümid edirik səlahiyyət sahibləri ədalətin təmin olunması və mərhəmətin qalib gəlməsi üçün Rasim Məmmədovun azadlığa çıxması üçün əllərindən gələni edəcəklər.

A.Nəbiyev,

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti