Laçın sərhəd buraxılış məntəqəsinin siyasi əhəmiyyəti

44 günlük Vətən müharibəsi zamanı qazanılan böyük zəfər 30 illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan sərhədləri bərpa edildi.
İşğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa-quruculuq işlərinə başlanıldı. Minalanmış ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi abidələrimizin, müqəddəs inan yerlərimizin yenidən bərpa olunması üçün yeni layihələr hazırladı. Bu məqsədlə yeni yollar, kommunikasiya xətləri çəkilir, ağıllı kənd və şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir,məcburi yurdlarından didərgin düşmüş soydaşlarımız doğma yurdlarına qayıdır. Ən başlıcası isə görülən bütün bu işlər öz daxili imkanlarımız hesabına həyata keçirilir.
Ermənistan isə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata etinasız yanaşmaqla, bəyanatın müddəalarını kobud şəkildə pozmağa davam edir. Ən önəmlisi isə Humanitar məqsədli Laçın dəhlizindən öz çirkin hərbi siyasi məqsədləri üçün istifadə edir. Eyni zamanda Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrinin çıxarılması tələbini icra etmədilər.
Bütün bunlara etiraz olaraq azərbaycanlı fəallar,ictimai və qeyri hökümət təşkilat nümayəndələri tərəfindən Laçın-Şuşa-Xankəndi yolunda etiraz aksiyasına başladılar.Yenədə Ermənistan tərəfi öz xislətinə sadiq qalaraq qanunsuz əməllərindən əl çəkmədilər. Azərbaycan tərəfi haqlı olaraq ciddi addımlar atmağa məcbur oldu. 23 aprel 2023-cü ildə Azərbaycan Ermənistan sərhəddində Laçın rayonunda Laçın sərhəd buraxılış məntəqəsi quruldu və Üçrəngli bayrağımız dalğalandırıldı. Əldə olunmuş bu tarixi nailiyyətlərin memarı isə Ali Baş Komandan İlham Əliyevin müdrik strateji fəaliyyətinin əməli nəticəsidir.
Bu böyük uğuru həzm edə bilməyən Ermənistan tərəfi və onun havadarları ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağda Hümanitar böhran yaratmaqda təqsirləndirir. Ancaq Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ölkəmizin süveren hüquqları çərçivəsində atılmış addımdır və o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin daxili işidir.
Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Azərbaycan xalqına müraciətində vurğuladığı kimi: “Bun gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndirki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var.” 
Ceyran Novruzova

Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}