Sakinlər nazir Vilayət Eyvazovdan kömək istəyir


Son illər DYP sistemində aparılan islahatlar, yollara çoxlu sayda radarların, müşahidə kameralarının, digər texniki qurğuların quraşdırılması bu sahədə kifayət qədər şəffaflığın yaradılmasına zəmin yaradır.Hazirda, demək olar ki, sürücülərlə yol polislərinin birbaşa təması minimum səviyyəyə endirilib. Ancaq təəssüf ki, bütün bu yeniliklər hələ də Samux rayonuna gedib çatmayıb. Bu bölgədə hələ də "dədə-baba" üsulu hökm sürməkdədir. Özü də çox kobud və çox rəzil bir formada...

Konkret faktlara müraciət edək: rayonun Qarayeri qəsəbəsinin girişində sürücülərin kabusuna çevrilən bir "post" var. " Post" deyəndə ki, DYP- nin ELGÜN və ZAUR adlı 2 əməkdaşı (99- 613 nömrə nişanlı maşınla)  burada keçilməz bir" məntəqə yaradıb, sürücülərə qan uddurmaqla məşğuldurlar. 

Hər gün ordan keçən yüzlərlə KAMAZ-in hər birindən 10 AZN alırlar. Minik avtomobilləri heç bir səbəb olmadan saxlanılır, müxtəlif bəhanələrlə sürücülərdən pul alınır. Cana doymuş sürücülər dəfələrlə onları videoya çəkərək sosial şəbəkələr vasitəsilə ictimailəsdiriblər. Ümid ediblər ki, bəlkə Elgün və Zaur haqqında ölçü götürülər. 

Ancaq hər şey tərsinə olub. Polisi icazəsiz çəkmək ittihamı ilə vətəndaşlar özləri cəzalandiriliblar- döyülüb təhqir edilən kim, cərimə edilən kim... Hətta 10-15 sutkalıq həbs edilənlər də olub.

Adıçəkilən bu 2 DYP əməkdaşı barəsində dəfələrlə DİN- in 102 xidmətinə müraciət edilsə də, heç bir tədbir görülməyib. Ozləri də bəzi şəxslərin yanında deyiblər ki, biz o pulları özbaşına yigmiriq ki... Bizə də tapşıran var...O tapşıran kimdirsə, elə onları himayə edən də odur. 

Elgünlə Zaurun son qurbanlarindan biri də  Samuxun Qarayeri qəsəbəsinin sakini Əliyev Əflatun Nəcəf oğludur. Onun DYP əməkdaşları və eyni zamanda DİN-in 102 xidmətinin xanım əməkdaşı ilə olan söhbəti hər şeyi bütün çılpaqlığı ilə ortaya qoyur. Gerçəkdən də tam bir rəzalətdi... 

İndi söz DİN rəhbərliyinindir. İnanırıq ki, Samuxdakı real vəziyyət ciddi şəkildə araşdırılacaq və qanun çərçivəsində lazımi ölçü götürüləcək. Daha ətraflı VİDEODA tanış ola bilərsiniz:

Воспроизвести
00:00
00:00
Выключить звук
НастройкиНа полный экран

Воспроизвести


Oxşar Xəbərlər

Xəbər lenti