8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir.
Sentyabrın 29-da 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinə bir daha diqqət çəkdi, dövlətimizin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işlərindən geniş bəhs etdi. Bu gün bütün Qarabağ inkişaf edir. Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi.
Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir, bütün Qarabağ kimi. “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan torpaqlarımızda yenidənqurma və bərpa işləri intensiv şəkildə davam etdirilir. Şərqi Zəngəzurla yanaşı Qarabağ iqtisadi rayonunda da əhalinin məskunlaşma prosesinə start verilib. Füzuli şəhərinə köç davam edir. İlin sonuna qədər Füzulidə 800, Qarabağda isə 2000 ailənin məskunlaşması nəzərdə tutulub”.
Zəngilanın ölkəmiz üçün kifayət qədər strateji əhəmiyyətə malik olduğunu vurğulayan millət vəkili deyib ki, füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaq.
Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq ki, bu da rayonu bölgənin logistik habına çevirəcək.
Ölkə başçısının son səfəri də bir daha sübut edir ki, Zəngilanda yenidənqurma işlərinə çox ciddi diqqət ayrılıb. Forumda çıxış edən ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, “Zəngilanın Baş planına uyğun olaraq bir neçə yaşayış layihəsi icra olunmaqdadır. Zəngilanda artıq böyük bir məktəb inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib”.
Düşməndən təmizlənən bütün ərazilərdə olduğu kimi, Zəngilanda da hazırda heyvandarlığın inkişaf etdirilməsi üçün aqroparkların, intensiv fermaların yaradılmasına xüsusi önəm verilir. Bunlar aqrar sektorda uğur əldə edilməsinin zəruri amillərindən biri sayılır və məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə imkan yaradır, eyni zamanda, klaster yanaşmanı önə çıxarır. Belə bir yanaşma isə ölkənin daha çox rəqabət üstünlüyünə malik sahələrinin birlikdə inkişaf etdirilməsini nəzərdə tutur. Bu yolla məşğulluğun təmin olunması, iş yerlərinin yaradılması və məhsulların dünya bazarına çıxarılması gerçəkləşir.
2020-ci il noyabrın 8-də Ordumuz tərəfindən Şuşanın azad olunması bizim iradəmizin təzahürü idi. İki gün ondan sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu.
Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu Azərbaycanda quruculuq işlərinin sürətlənməsinə, keyfiyyətinə, dünya standartları ilə tamamlanmasına həsr olunsa da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəşəri bir fikrinin ifadəsi olan niyyətlə başa çatdı: “Azərbaycan konstruktiv yanaşmanı sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır”.
Seyid Seyidov
Suraxanı RİHB-nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini
Sozcu.info