8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vaxtilə astronomiya elminə böyük töhfələr vermiş dahi alimimiz Nəsrəddin Tusinin məşhur bir kəlamınınıxatırlayaq: "İnsanlar öz ata-babalarının adət-ənənələrini, məsləklərini, nüfuzlarını, vəziyyətlərini qoruyub saxlamalıdırlar". Bu sözlər cənab İlham Əliyevin Azərbaycanın uğurlu gələcəyi üçün etdiyi hər bir işdəyenidən yada düşür və əsas şüara çevrilir. Yarım əsr sonra Azərbaycanın yenidən Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi cənab İlham Əliyevin hər bir sahədə layiqli davamçı olduğunu göstərir. Bütün bunlar təsadüfi deyil, ötən hər ildə çəkilən gərgin əməyin bəhrəsidir. Belə ki, hələ bu konqresə ev sahibliyi etmək üçün Bakı Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri ilə rəqabət aparmışdır. Həm təcrübə, həm dəəhali baxımından Hindistanla Braziliya Azərbaycanla müqayisəedilməz səviyyədədir. Ancaq bu mübarizədəki uğurumuz, əlbəttə ki, bu sahədə olan nüfuzumuzdan xəbər verir.Azərbaycanın bu gün müstəqil, eyni zamanda, qalib ölkə olaraq Astronavtika Konqresinə ev sahibliyi etməsi 100-dən artıq ölkənin beş mindən çox nümayəndəsini bir araya gətirməsi qürurvericidir. Bu tip tədbirlərin Azərbaycan həqiqətlərinin təbliğində rolu inkaredilməzdir.Son illərdə ölkəmizin orbitdə 3 peykə sahib olması Azərbaycanı dünya kosmik klubunun fəal üzvünə çevirib. Bununla da Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyir. Dünya miqyasında ən önəmli və çağdaş dövr üçün mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda təşkil edilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, həmçinin qlobal kosmos sənayesinədaha yaxından və sürətli inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.
Qənirə Abdullazadə Bakı şəhəri R.Abidov adına 85 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi