8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Regionda Azərbaycanın yaxın müttəfiqlərindən olan Gürcüstanla diplomatik əlaqələr 1992-ci ilin noyabrın 18-də yaradılıb. Ülu öndər Heydər Əliyev və keçmiş GürcüstanPrezidenti Eduard Şevardnadzenin dostluğunun çox böyük tarixçəsi var. 1993-cü ildə Heydər Əliyev və Eduard Şevardnadzenin hakimiyyətə gəlişi hər iki ölkənin tarixində əsaslı dəyişikliklərə, eyni zamanda ölkələrarası dostluq münasibətlərinin qurulmasına səbəb olmuşdur. İki ölkə arasındakı münasibətlərin tənzimlənməsində 1995-ci ildə bağlanan müqavilə xüsusi rol oynamışdır. Müqavilə həm siyasi, həm iqtisadi, həm də hərbi sahələri əhatə etmişdir.Ulu öndərin hakimiyyəti illərində əsası qoyulan dövlətlərarası münasibətlər İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də davam etdirilmiş, bu sahədə əsaslı addımlar atılmışdır.Cənab Prezident İlham Əliyevin cari səfəri sayca Gürcüstana 11-ci səfəridir. Səfər çərçivəsində cənab Prezident bir çox məsələlərə toxunmuş, ölkələrarası əməkdaşlığı yüksək qiymətləndirmiş, nəqliyyat və enerji layihələri barədə aparılan işlərə münasibət bildirmişdir. Otuz illik tarixə malik olan Gürcüstan-Azərbaycan münasibətləri bu illər ərzində dinamik şəkildə inkişaf edib, bir çox sahələrdə əməkdaşlıq formalaşıb. Dostluq və əməkdaşlıq münasibətləri regionda sülh və əmin-amanlığın olmasına şərait yaradır. Günel AbbasovaBakı şəhəsi 89 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sozcu.info