8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın mühüm strateji tərəfdaşı, ölkəmizə siyasi, iqtisadi, eyni zamanda da tarixi köklərlə birləşən Gürcüstan həm qonşu, həm də dostdur. Öz ərazi bütövlüyünü və suverənliyini bərpa edən ölkəmiz bütün Qafqaz regionunun inkişafına yol açan Ermənistanla imzalanacaq və Cənubi Qafqazda yeni siyasi vəziyyətə, eləcə də üçtərəfli əməkdaşlığa səbəb olan sülh müqaviləsi üzərində işləyir.Ermənistanla münasibətlərimizin normallaşma prosesində birtərəfli və qərəzli olmayan yardımı qəbul edərək nəzərə alırıq ki, həm coğrafi amil, həm də tarixi əlaqələr baxımından Gürcüstanla olan münasibətlər çox vacibdir. Bu əməkdaşlıq günü-gündən güclənir və möhkəmlənir. Cənab Prezident öz çıxışı zamanı qeyd etmişdir ki, - Dostluğu və strateji tərəfdaşlığı ən əsas amil kimi qiymətləndirən Azərbaycan və Gürcüstanarasında əlaqələr, Anakliya limanı və Kulevi limanı, Bakı-Tblisi-Qars dəmir yolu və yeni infrastruktur layihələrinin yaranması Orta dəhlizin inkişafına və güclənməsinə xidmət edəcək. Hər iki ölkə arasında sülhə və sabitliyə xidmət edən irimiqyaslı qlobal enerji və nəqliyyat kommunikasiya layihələrinin icra olunması, Azərbaycan və Gürcüstanın İpək Yolu üzərində yerləşməsi bölgəmizdən keçən yük axınını dəfələrlə artırıb. Cənab Prezident iki ölkə arasında humanitar əlaqələrə diqqət yetirildiyini və Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə olduğunu, azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin fəaliyyət göstərdiyini, Ulu Öndərin Gürcüstanla əlaqələrə böyük önəm verdiyini vurğulamışdır.
Şərqdən Qərbə gedən yüklərin daşınmasında əhəmiyyətlitranzit rolu, ölkəmizin enerji resurslarının Avropa bazarına çatdırılması Gürcüstanla olan münasibətlərin xüsusi əhəmiyyətini vurğulayır. Cənab Prezident İlham Əliyevin qonşu ölkəyə 11-ci səfəri zamanı Gürcüstanın Baş naziri ilə görüşlərinartdığını qeyd edərək bildirmişdir ki, bölgələrə olan işgüzar səfərlər yeni ənənə yaradıb. 1992-ci il noyabrın 18-də qurulan, olduqca zəngin tarixə sahib olan diplomatik münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” iki ölkə arasında strateji tərəfdaşlığın təməlini qoyaraq özündə siyasi, iqtisadi, humanitar və başqa sahələrdə strateji tərəfdaşlıq əlaqələrini birləşdirir. 1995-ci ildən Azərbaycanda Gürcüstan səfirliyi fəaliyyətə başlamış, 2009-cu ildə Batumi şəhərində Azərbaycanın baş konsulluğu, 2013-cu ildə isə Gəncə şəhərində qonşu ölkənin baş konsulluğu açılmışdır. Hər iki ölkə arasında 125-dən çox sənəd imzalanması, çoxsaylı səfərlər Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafının və möhkəmlənməsinin sübutudur.Ruzilə MöhbalıyevaBakı şəhəri N.Həmidov adına 208 №-li tam orta məktəbin direktor müavini
Sozcu.info