8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dövlətimiz xarici siyasətin əsas tərkib hissəsi olan beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində daim addımlaratır. Əldə edilən nəticələrin miqyası olduqca genişdir. Bu mənada Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirilməsi də ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Məsafə baxımdan uzaq olsa da Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına da maraq göstərir, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır.Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri bunun sübutudur. Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlərdə iştirak etmişdir.Prezidentlər görüşlərdən sonra mətbuatda birgə bəyanatlarla çıxış ediblər.Görüş çərçivəsində Azərbaycanla Konqo arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə münasibətlərinin gələcək inkişafında təməl rolunu oynayacaq. Məhz bugünkü səfər və keçirilən görüşlər gələcəkdə Azərbaycanın Afrika ölkələri ilə münasibətlərini intensivləşdirəcək. Təbii ki, xüsusilə, ticarət sahəsində əməkdaşlığın inkişafı olduqca vacibdir. Prezident İlham Əliyev çıxışlarında bu fikirləri də böyük inamla qeyd etdi ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Ona görə ki Azərbaycan dünyada sülhə, sabitliyə xüsusi töhfə verir. Ölkəmizdə keçirilən humanitar forumlar, konfranslar, yüksək səviyyəli iclasların gündəliyində dünyada sülh prosesinin irəli aparılması, ədalətin bərqərar olunması dayanır. Bir müddət əvvəl ölkəmizdə təsis olunmuş Bakı Təşəbbüs Qrupunun əsas məqsədi də məhz bu gün dünyada baş verən yeni müstəmləkəçilik meyllərinə qarşı mübarizə aparmaqdır.Cənab Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında söyləyib: “Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır”.Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əlaqələri yüksək səviyyədədir. BMT-də və Qoşulmama Hərəkatında əlaqələrin uğurlu inkişafı səfər çərçivəsində atılan addımlarda özünün aydın ifadəsini tapdı. Belə ki, cənab İlham Əliyev qeyd etdi ki, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermiş və bunun nəticəsində quruma sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.Dünya dövlətləri ilə qurulan əlaqələr beynəlxalq əməkdaşlığın daha da dərinləşməsinə öz töhfəsini verir. Bütün bunlar Azərbaycanın xarici siyasət uğurlarının davamıdır. Ölkəmizin yaratdığı yeni reallıqlar regionda və dünyada yeniliklərə yol açır, dünyanın xarici siyasətinin gündəliyinin Azərbaycanda müzakirəsini şərtləndirir.Kərəm MehdiyevBakı şəhəri 104 №li tam orta məktəbin direktoru
Sozcu.info