8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
XIX əsrin əvvəllərində Qafqazın Çar Rusiyası tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü həyata keçirimişdir. Bu bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib. Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Çar Rusiyasının havadarlığı ilə 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin azərbaycanın digər bölgələrində olduğu kimi Zəngəz mahalında törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli türk-müsəlman əhali öldürülüb. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silindi. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar – yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar- tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.
Erməni vandalizmin fəsadları, dağıdılmış tarixi və dini memarlıq abidələri:
Tarixi-dini abidələr: İmam Hüseyn məscidi (XVII əsr), Məscid (XIX əsr) – Malatkeşin kəndi, Məscid (XIX əsr) – Qırıq Muşlan kəndi, Məscid (XIX əsr) – Muşlankəndi, Məscid (XIX əsr) – Rəzdərə kəndi, Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri;
Ziyarətgahlar: Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi, Ziya Baba ocağı – Ağkənd kəndi, Xanazur türbəsi – Bartaz kəndi, Xanazor piri – Bartaz yaxınlığında, Soltan Heydər piri – Bartaz dağında, Günqışlaq piri – Günqışlaq kəndi, İzzə piri – Hacıllı kəndi, Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi, Buqakar piri – Leyfaz kəndi, Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi, Veysin piri – Pirveyis kəndi, Seyid Musa ocağı – Sobu kəndi, Qaradağlı piri – Şəfibəyli kəndi, Yal piri – Vejnəli kəndi, Yel piri – Vejnəli kəndi, Soltan ocağı – Yeməzli kəndi, Şəhid Məhəmməd yeri – Yeməzli kəndi, Dəvəcüneyt piri – Zəngilan şəhəri, Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi;
Tarixi memarlıq abidələri: Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi, Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi, Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi, Qız qalası (orta əsrlər) – Qumlaq kəndi, Qəsr qalası (orta əsrlər) – Oxuçuçayı, Sərdabə (XIII əsr) – Şərikan kəndi, Sərdabə (XIV əsr) – Yenikənd kəndi, Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi, Körpü (XIX əsr) – Hacallı kəndi, Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi, Nekropol (e.ə VI-IV əsrlər) – Quyudərə Xəştab kəndi, Küp qəbirlər (b.e.ə. IV-II əsrlər) – Yeməzli kəndi, Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü, Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi, Şərifan sərdabəsi (XII əsr) – Şərifan kəndi, Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinin say tərkibinə diqqət yetirdikdə aydın görünür ki, bu əraziləri cənnət məkana çevirmək ölkə Prezidentinin siyasətində prioritet istiqamətdir. Həyatımızda ən xoşbəxt anlardan biri məhz son bir ildə torpaqlarımızın işğaldan azad edildiyi tarixlərin qeyd olunması və həmin günlərdə dövlət başçısı İlham Əliyevin bu ərazilərə səfərləridir. Azərbaycan Prezidenti aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. Bütün bunlar onu göstərir ki, işğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq.
Prezident İlham Əliyevin “ağıllı kənd” layihəsinin təməli Zəngilan rayonunun Ağalı kəndlərində qoyulub. Prezident İlham Əliyev Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşüb, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub, Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması, Zəngilan şəhərində ilk yaşayış binasının və Zəngilan şəhərində məktəb binasının təməlqoyma mərasimlərində iştirak edib.
Ölkə başçısı 04.05.2023-cü il tarixli səfəri zamanı inzibati binanın təməlqoyma mərasimində, 28.09.2023-cü il tarixli səfəri zamanı isə Zəngilan Konqres Mərkəzi Kompleksinin və “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışlarında, Alıbəyli kəndinin, Zəngilan kəndinin, Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin, eləcədə 160 yerlik uşaq bağçasının təməlqoyma mərasimlərində iştirak etmişdir
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bu gün qürurvericidir ki, Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunur Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri də məhz Heydər Əliyev Fondu tərəfindən məscidin bərpa edilməsidir. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur.
Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub.
– Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Zəngilana səfərləri:
23.12.2020-ci il tarixli səfər Zəngilan şəhərində Azərbaycan Bayrağının qaldırılması ilə yaddaşlara əbədi həkk olundu.
14.02.2021-ci il tarixli səfərdə görüləcək işlərin planlaşdırılması və dəymiş zərərin ümumi dəyərləndirilməsi aparıldı.
26.04.2021-ci il tarixli səfər zamanı ölkə başçısı Zəngilan rayonunun sakinləri ilə görüşdü. Həmçinin, Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlqoyma mərasimi oldu. Zəngilanda Beynəlxalq Hava Limanının və Zəngilan-Horadiz avtomobil yolunun təməlqoyma mərasimləri ilə bu səfər əlamətdar oldu.
19.10.2022-ci il tarixli səfər zamanı Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüş keçirildi. Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıq oldu. Ölkə rəhbəri Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması, Zəngilan şəhərində ilk yaşayış binasının, məktəb binasının təməlqoyma mərasimlərində iştirak etdi.
04.05.2023-cü il tarixli səfər də yaddaşlara xoş anlarla yazıldı. Bu səfər zamanı inzibati binanın təməlqoyma mərasimi oldu.
28.09.2023-cü il tarixli səfərdə Alıbəyli kəndinin təməlqoyma mərasimi, Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı, “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılış mərasimi, Zəngilan kəndinin, Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimləri oldu. Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanışlıq oldu. Zəngilan şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin, 160 yerlik uşaq bağçasının təməlqoyma mərasimi oldu.
29.09.2023-cü il tarixdə keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak etdi.
“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının açılışında ki, Araz çayının sol qolu olan Oxçuçay üzərində inşa edilən SES-ləri su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib Zəngilan rayonunun Mincivan qəsəbəsinin açılışında, İlham Əliyev mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirib. Prezidenti İlham Əliyev oktyabrın 3-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında, daha sonra İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib. Yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, İnzibati və ticarət zonalarnın yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq. İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışında iştirak edib. “Yaşıl enerji” zonası konsepsiyasına uyğun olaraq tikilən “Sarıqışlaq” SES-də eyni vaxtda derivasiya borularının montajından, bünövrə işlərindən tutmuş maşın zalının tikilməsinə, açıq paylayıcının qurulmasına qədər bütün işlər tam normativ qaydalara uyğun həyata keçirilib.
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Rəsmiyyə Hüseynova
Suraxanı rayonu, 318 № li tam orta məktəbin direktor müavini
Sozcu.info