DAMMİB-yə yeni İH üzvləri və rəhbərlik seçildi


“Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İB tarixində yeni dövr başlandı

14 oktyabr 2024-cü il tarixində “Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İctimai Birliyi İdarə Heyətinin, mövcud qanunvericiliyə uyğun olaraq, növbəti illik genişləndirilmiş yığıncağı keçirilib.
Dünya Azərbaycanlılarının birləşdirilməsini missiya olaraq həyata keçirən, planetar maştablı ictimai-mədəni platformanın – DAMMİB-nin I vitse-prezidenti, tanınmış ictimai xadim Rasim Məmmədovun ikiillik məruzə-hesabatdan sonra geniş müzakirələr keçirilib, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təşkilatın tarixində mühüm yer tutmuş şəxslər yad edilib. Vurğulanıb ki, DAMMİB-nin ilk Fəxri Prezidenti elan edilmiş Ümummilli Lider Heydər Əliyevdən sonra təşkilatın yaradanı, xalq yazıçısı, ikinci Fəxri Prezidenti Söhrab Tahir dünyasını dəyişəndən bir qədər əvvəl səhhətii ilə əlaqədar İH-nin toplantsında özünün təklif və iradəsi ilə vəzifə səlahiyyətlərini I vitse-prezident Rasim Məmmədova həvalə edib.
2016-cı ildə “Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İctimai Birliyinin yubiley qurultayından sonra formalaşdırılan İH-nin prezidentliyinə R.Məmmədovun təklifi ilə dünyaşöhrətli xalq yazıçısı Çingiz Abdullayev namizəd irəli sürülüb, yekdilliklə seçilib. Son 8 ildə təşkilat məhz Çingiz Abdullayevin rəhbərliyi altında geniş fəaliyyəti ilə istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə nüfuz qazanıb.
Daha sonra ümimi yığıncaqda nümayəndə seçilmiş 15 nəfərin 13-ü iştirak etdiyinə görə yetərsay sayılıb, bir sıra mühüm qərarlar qəbul edilib, İdarə Heyətinin yeni rəhbərliyi seçilib, üzvləri formalaşdırılıb. “Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinə müxtəlif vəzifələrə təsdiq olunmaqla aşağıdakı şəxslər seçiliblər: Çingiz Abdullayev, DAMMİB üçüncü Fəxri Prezidenti, kultural rəhbəri, Rasim Məmmədov (DAMMİB İH-nin prezidenti), Aydın Xan Əbilov (DAMMİB İH-nin I vitse-prezidenti), Yasəmən Hacıyeva, Kəmalə Orucova, Nurəli Məmmədov isə DAMMİB İH-nin üzvü fəzifələrinə təsdiqləniblər.
“Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İctimai Birliyinin İH-nin Fəxri Prezidentliyə xalq yazıçısı Çingiz Abdullayevin namizədliyi irəli sürüldü və yığıncaqda iştirak edənlər tərəfindən səsə qoyularaq yekdilliklə seçildi. “Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İctimai Birliyinin İH-nin prezidentliyinə Rasim Adil oğlu Məmmədovun namizədliyi irəli sürülüb və yığıncaqda iştirak edənlər tərəfindən səsə qoyularaq yekdilliklə ikiillik müddətinə bu vəzifəyə seçilib. Yığıncaqda, həmçinin, iki il ərzində DAMMİB-nin prezidenti seçilən, eyni zamanda, təşkilatın rəsmi nümayəndəsi təyin edilən Rasim Məmmədovun müxtəlif dövlət, beynəlxalq və başqa qurumlara müraciət etmək, qanuni təmsilçi kimi ictimai təşkilat adından bütün sənədləri imzalamaq səlahiyyətlərin verilməsi haqqında qərar səsə qoyuldu, yığıncaqda iştirak edənlər tərəfindən yekdilliklə qəbul olundu. R.Məmmədova Ədliyyə Nazirliyinə qəbul edilmiş qərarları özündə birləşdirən rəsmi sənədləri təqdim etmək səlahiyyətləri verilib.
Daha sonra qarşıdakı iki il ərzində yeni fəaliyyət mərhələsinə qədəm qoyan DAMMİB-nin rüblük və illik iş planı barədə fikir mübadiləsi aparıldı, təkliflər dinlənildi.

“Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İctimai Birliyinin İH-nin Fəxri Prezidentliyə xalq yazıçısı Çingiz Abdullayevə təşkilatın fəaliyyətinə verdiyi töhfələrə görə xüsusi təşəkkürlər çatırıldı və bəyan edildi ki, bundan sonra da onun rəhbərliyi altında pılanlaşdırılan bütün işlər həyata keçirilməsi təmin ediləcək.

“Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi”
İctimai Birliyinin İctimai Əlaqələr Bölməsi




Oxşar Xəbərlər

Xəbər lenti