Azadlıq və Qəhrəmanlıq Salnaməsi

20 Yanvar günü Azərbaycan tarixinin ən unudulmaz, ən çətin, lakin çox şanlı səhifələrindən biridir. 1990-cı ilin yanvar ayında baş verən hadisələr Azərbaycan xalqının azadlıq mübarizəsində təsvir olunmaz bir rol oynadı. Həmin tarix xalqın milli birlik ruhunun, ləyaqətinin, iradəsinin və azadlıq uğrunda olan fədakarlığının parlaq nümunəsidir.

20 Yanvar hadisələri SSRİ qoşunlarının Bakı şəhərinə daxil olmasıyla başladı. Həmin vaxt minlərlə tank və silahlı qoşun paytaxta daxil olaraq, dinc sakinləri qorxu altında saxlamağı hədəfləmişdi. Bu zorakılıq qurbanların arasında qadınlar, uşaqlar və yaşlı insanlar kimi müdafiəsiz qrupları da əhatə edirdi. Bu hadisənin arxasında Azərbaycan xalqını susdurmaq, milli mübarizəsini boğmaq və azadlıq hərəkatını dayandırmaq niyyəti dayanırdı. Lakin bu qətliam, insan haqlarının pozulması və qanunsuzluq, Azərbaycan xalqını daha da birləşdirdi. Xalqın milli hissləri yüksəldi və bu, müstəqillik mübarizəsinin təməllərini qoydu. Həmin gün Azərbaycan xalqı milli birlik nümunəsi göstərərək azadlıq yolunda ölüm-dirim mübarizəsi apardı. 

SSRİ qoşunları Bakıya daxil olaraq dinc sakinlərə qarşı çox dəhşətli zorakılıqlar tətbiq etdi. Bu hadisə nəticəsində 147 insan şəhid oldu, 744 insan yaralandı, minlərlə insan həbs edildi. Şəhidlərin çoxu dinc sakinlər idi, bəziləri isə qadınlar, uşaqlar və yaşlı insanlar idi, bu da faciənin miqyasını daha da dərinləşdirirdi. Lakin bu qətliama baxmayaraq, Azərbaycan xalqı azadlıq yolundan geri dönmədi. Şəhid olanların qanı xalqın milli iradəsini daha da möhkəmləşdirdi.

20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində bir dönüş nöqtəsi oldu. Bu gün xalqımız üçün azadlıq və müstəqillik uğrunda dirənişin simvoluna çevrildi, həm də milli birliyimizi möhkəmləndirdi. Xalqımız ilk şəhidlərini verdi və bu şəhidlər azadlıq salnaməsinin ən parlaq səhifələrinə yazıldı. Bu hadisə xalqımıza hər zaman öz haqqı uğrunda mübərizə aparmağı öyrətdi. Həmin hadisələrin Azərbaycanın müasir tarixində rolu misilsizdir. 20 Yanvar Azərbaycan xalqının azadlıq və müqəddəslik uğrunda olan mübarizəsinin rəmzi olaraq yaddaşlara həkk olundu. Bu tarix xalqın azadlıq üçün özünü qurban verməyə hazır olduğunu bütün dünyaya göstərdi. Həmin gün təsadüf deyil ki, Azərbaycan Respublikasının müstəqilliyinin formalaşmasında önəmli bir addım oldu.

20 Yanvar günü sadəcə tarix deyil, həm də bir dərsdir. Bu dərs insan hüquqlarının müdafiəsinin və azadlıq idealının nə qədər vacib olduğunu vurğulayan bir simvoldur. Bu dərs bütün xalqlara haqsızlığa qarşı durmağı və milli iradəni qorumağı öyrədir. Bu dərs bütün dünya xalqına haqq-ədalət, azadlıq və milli iradənin vacibliyini öyrədir. Azərbaycan xalqı bu tarixdə bir daha göstərdi ki, haqq ədalətin tərəfində olanda silahların, təzyiqlərin qarşısında dayanmaq mümkün olur. 20 Yanvarı unutmaq olmaz; çünki bu tarix öz azadlıq və müstəqillik yolunda fəda edilən canları, çəkilən əzablara rəğmən qalib gələn iradəni və milli qüruru simvollaşdırır. Bu tarix hər zaman gələcək nəsillərə örnək olacaq. 20 Yanvar hadisələrindən sonra xalqın milli kimliyini və özünüdərki daha da gücləndi. Xalqımız bir daha sübut etdi ki, azadlıq və müstəqillik üçün mübarizə yalnız fərdi deyil, ümumi bir vəzifədir. Hər bir fərd bu mübarizədə öz töhfəsini verməyə hazır idi və bu birlik Azərbaycanı gələcək müstəqillik hədəflərinə bir addım daha yaxınlaşdırdı.

Bu hadisələr beynəlxalq aləmdə də diqqət çəkdi. Bir çox ölkələr Azərbaycanın müstəqillik uğrunda mübarizəsini dəstəklədi və SSRİ-nin təzyiq siyasətini qınadı. 20 Yanvar Azərbaycan xalqının beynəlxalq ictimaiyyət qarşısında öz haqlı mövqeyini nümayiş etdirməsi üçün bir platforma oldu.

Şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda Şəhidlər Xiyabanı yaradıldı. Bu xiyaban təkcə şəhidlərimizi anmaq üçün deyil, həm də gələcək nəsillərə bu mübarizənin nə qədər dəyərli olduğunu xatırlatmaq üçündür. Hər bir ziyarətçi orada xalqımızın fədakarlığını və iradəsini hiss edir.

Bu gün də 20 Yanvar hadisələri bizim milli yaddaşımızda xüsusi bir yer tutur. Hər il bu tarixdə xalqımız şəhidlərimizi anır, onların ruhu qarşısında baş əyir və azadlıq yolunda göstərdikləri qəhrəmanlığı xatırlayır. Bu hadisələrdən alınan dərslər bizim gələcək nəsillərimiz üçün də bir örnəkdir və onların daima azadlıq idealına sadiq qalmasını təmin edir.


Tutu Həmzəyeva

Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin təlim-tərbiyə üzrə direktor müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti