12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin sayı artıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 76 nəfər ölüb: “Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb”.
Qeyd edək ki, yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib.
***
Bu gün gecə saatlarında Türkiyənin Bolu bölgəsinin Kartalkaya rayonunda yerləşən “Grand Kartal” adlı oteldə baş verən yanğın nəticəsində 66 nəfər həyatını itirib, 51 nəfər isə yaralanıb.
Sozcu.info xəbər verir ki, bu barədə Türkiyənin daixili işlər naziri Əli Yerlikaya jurnalistlər üçün təşkil olunan mətbuat konfransı zamanı məlumat verib.
Nazir otelin 12 mərtəbəli olduğunu və yanğın zamanı binada 238 şəxsin qonaqladığını açıqlayıb.
“Saat 03.27-də ilk məlumat daxil olub. Yanğın söndürülüb. Soyutma işləri davam edir. Otelin arxası yamaca doğru olduğu üçün müdaxilə yalnız ön və yan fasadlardan edilib. Yanğına iki baş əmlak müfəttişi təyin edilib”, -deyə Yerlikaya bildirib.
Səhiyyə naziri Kamal Memişoğlu, 51 nəfər yaralılardan birinin vəziyyətinin ağır olduğunu, 17 nəfərin isə müalicə üçün evə buraxıldığın qeyd edib.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Azpolitika.info