“Dövlət Suverenliyi Günü”nün təsis edilməsi

Bildiyiniz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında "Dövlət Suverenliyi Günü" kimi qeyd edilir. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunmuş və şanlı tariximizə ən parlaq səhifələr yazılmışdır. Suverenliyimizin tam bərpası ilə yekunlaşan, separatizmə son qoyan lokal xarakterli antiterror tədbirləri nəticəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanması qürurvericidir.

      Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza ataraq, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunmuşdur. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olunaraq, Dövlət Bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır. Qarabağ və Şərqi Zəngəzur dirçəldilir, keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması təmin olunur. Ölkə başçısı cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncami ilə sentyabrın 20-si ölkəmizdə “Dövlət Suverenliyi Günü” elan edilmişdir. Bütün bu qalibiyyət ilə Azərbaycan dünyada yeni reallıqların müəllifi kimi tanınır. Yeni reallıqlar isə Azərbaycanımızı yeni uğurlara hədəfləyir.


Həqiqət Məmmədova

Yeni Suraxanı bələdiyyə sədri                              

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti