17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
Əgər Putin Ukraynada qalib gəlsə, Rusiya qaçılmaz olaraq Avropanı işğal edəcək və ilk qurban Estoniya olacaq.
Sozcu.info xəbər verir ki, bu barədə alman politoloq Karlo Masala yazıb.
O, “Rusiya qalib gəlsə: ssenari” kitabında Rusiyanın Ukraynada qələbəsindən sonra baş verəcək hadisələri təsvir edir. Qələbə dedikdə o, Rusiyanın Krımdan əlavə Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini ələ keçirməsi, Ukraynanın isə öz növbəsində qanuni olaraq hərbi neytrallığını bəyan etmək məcburiyyətində qalması vəziyyətini nəzərdə tutur.
Masala bildirib ki, gələcək hadisələri Donald Trampın Rusiyanın işğalı halında Avropanı müdafiə etmək istəməməsi, eləcə də bugünkü Avropanın özünü müdafiə edə bilməməsi müəyyən edəcək.
Rusiya ilk növbədə əhalisinin çoxu etnik rusların yaşadığı böyük sərhəd şəhəri Narvanı işğal edərək Estoniyaya zərbə vuracaq.
İşğala bəhanə kimi şəhər sakinlərinin Estoniya mərkəzi hökumətinin təzyiqinə qarşı Moskvadan ruhlanan etirazları olacaq.
Masala öz kitabında 2028-ci il martın 27-də səhər saatlarında partlayışların gurultusu ilə müşayiət olunan Rusiyanın Narvaya hücumunu və şəhərin rus qoşunları tərəfindən bir neçə saat ərzində sürətlə ələ keçirilməsini modelləşdirir.
Bu, qismən ruslar tərəfindən əvvəlcədən silahlanmış bəzi yerli sakinlərin köməyini də əhatə edəcək.
“Mən düşünmürəm ki, Putin Sovet İttifaqını yenidən yaratmaq istəyir. O, bütövlükdə Avropaya, lakin şübhəsiz ki, siyasətdə və Şərqi Avropada hökmranlıq etmək istəyir”, - Masala bildirib.
Axar.az