17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
Rusiya ordusunun Ukraynanın şimalına qarşı hücumları intensivləşir. Oktyabrın 21-də Çerniqov vilayətinin Novqorod-Seversk şəhəri kütləvi dron hücumuna məruz qalıb.
Sozcu.info xəbər verir ki, bu barədə məlumatı Novqorod-Seversk Rayon Hərbi Administrasiyasının rəhbəri Aleksandr Seliverstov özünün “Facebook” səhifəsində paylaşıb.
İlkin məlumatlara görə, şəhərə təxminən 20 ədəd İran istehsalı “Şahed” kamikadze dronu ilə zərbə endirilib. Dörd nəfər həlak olub – iki kişi və iki qadın. Onların hamısının mülki şəxs olduğu bildirilir. Hücum nəticəsində yeddi nəfər də xəsarət alıb.
Ukrayna rəsmilərinin məlumatına görə, son sutkada Çerniqov vilayəti 50-dən çox hava hücumuna məruz qalıb. Bunlara iki ballistik raket və 49 “Şahed” dronu daxildir.
Gecə baş verən hücumlar Çerniqov şəhərində və vilayətin şimal hissəsində genişmiqyaslı enerji kəsintilərinə səbəb olub. Elektrik enerjisi ilə yanaşı, su təchizatı da dayanıb. Rəsmilər bərpa işlərinin davam etdiyini bildirirlər.
Qafqazinfo.az