17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Beynəlxalq Atom Enerjisi Agentliyi Ukrayna və Rusiyanın Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında lokal atəşkəs barədə razılığa gəldiyini bildirib.
Sozcu.info xəbər verir ki, müvəqqəti atəşkəs stansiyanın sabit işləməsini təmin edən ehtiyat elektrik xətlərinin təmiri üçün lazımdır.
Agentlik 27 fevralda "X" sosial şəbəkəsində dərc olunmuş açıqlamada atəşkəsin MAQATE vasitəsilə razılaşdırıldığını və stansiyanın ehtiyat enerji təchizatını 330 kV-luq xətt vasitəsilə bərpa etməyi hədəflədiyini qeyd edib.
Agentlik həmçinin mütəxəssislərin zədələnmiş əraziyə təhlükəsiz şəkildə çatması və bərpa işlərinə başlaması üçün ərazidə mina təmizləmə əməliyyatlarının davam etdiyini də açıqlayıb.
Musavat.com