Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Kadir İnanır vəfat etdi
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
Dünən, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
ABŞ-da ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətə dair Beynəlxalq işçi qrupunun hesabatı-FOTO
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, MG Consulting şirkətinin və Şəffaflıq Azərbaycan təşkilatının təşəbbüsü ilə yaradılmış Beynəlxalq işçi qrupunun 21 iyul 2020-ci il tarixdə ABŞ-ın Los-Anceles şəhərində dinc aksiya keçirən azərbaycanlıların erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya məruz qalması və qeyri-insani nifrət hissi ilə ülzəşməsinə dair elmi-analitik hesabat hazırlanmışdır.
Onlayn mətbuat konfransını giriş sözü ilə açan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev qeyd etdi ki, bu işçi qrupunda beş ölkədən (Azərbaycan, ABŞ, Türkiyə, Rusiya və Ukrayna) 10 nəfər tanınmış hüquqşünas alim iştirak etmişdir.
Hesabatda ermənilər tərəfindən zorakı Los-Anceles hücumunun Kaliforniya qanunları ilə və beynəlxalq hüquqi müstəvidə nifrət cinayəti hesab edilib-edilməməsi barədə mülahizələr yer alır. Ermənilərin azərbaycanlılara qarşı analoji zorakılığı digər dövlətlərdə də baş vermişdir. Praktik təhlil kimi məhz Los-Ancelesin (ABŞ) seçilməsi fəaliyyəti bilavasitə demokratiya, hüququn aliliyi və insan hüquqlarının mühüm beynəlxalq standartlarla müdafiəsi siyasəti üzərində qurulan ABŞ-da insan hüquqları və əsas azadlıqlarının yüksək səviyyədə təmin edilməsinin uzun illərdir böyük tarixə və təcrübəyə malik olması, məhkəmələrin bu sahədə geniş və əhəmiyyətli praktikasının olması ilə əlaqədardır. Sonda Los-Anceles zorakılığının ABŞ-da ciddi araşdırılacağına və müvafiq praktikanın dünyada bir presedent hal kimi möhkəmlənəcəyinə İşçi qrupunda çox böyük inam vardır.
Təqdirəlayiq haldır ki, ABŞ dövlət orqanlarının da məsələyə münasibəti çox da gecikməmişdir. Belə ki, 28 iyul 2020-ci il tarixdə Los Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los Ancelesdəki baş konsulluğuna məktub ünvanlayaraq, 21 iyul 2020-ci il tarixdə etnik azərbaycanlılara qarşı baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib. Bundan başqa, kadrlardan və video müşahidələrdən göründüyü kimi polisin çox ciddi çalışmasına baxmayaraq münaqişənin qarşısını almaq mümkün olmayıb. Bütövlükdə, işçi qrupunun Los-Anceles polisinin etnik ermənilərin etnik azərbaycanlılara qarşı zorakılığını ciddi və qətiyyətlə alması istiqamətində var gücü ilə çalışmasında heç bir şübhəsi yoxdur.
Qeyd edilənlər işçi qrupunda ermənilər tərəfindən Los-Ancelesdə insan hüquqlarının kobud pozuntusuna müvafiq qurumlar tərəfindən real hüquqi qiymət verilməsinə ümidləri bir daha möhkəmləndirmişdir. Sonda, İşçi qrupu adından professor Əmir Əliyev bir daha ABŞ-da demokratiya və hüququn yüksək aliliyini, tarixən formalaşmış və mühüm beynəlxalq standartlarla bu gün də davam edən insan hüquqları siyasətini, ona işçi qrupunun böyük rəgbəti, hörməti və ümidlərini bildirmişdir. Statistikaya görə bəzi dövlətlərdə qərəzlilik zəminində cinayətlərin çoxunun qurbanları ya qisasdan qorxduqlarına, ya da zərəri kiçik hesab etdiklərinə görə insidentlər haqqında ümumiyyətlə məlumat vermirlər. 21 iyul zorakılığı bu baxımdan istisnadır və qurbanların hamısı faktların bu hesabata daxil edilməsinə kömək etməyə razılıq veriblər, çünki ABŞ-ın ədalət mühakiməsinə tam etibar edir və inanırlar ki, ABŞ hökuməti onları ermənilərin gələcək hücumlarından müvafiq müdafiə ilə təmin edəcəkdir.
Nəhayət, Əmir Əliyev işçi qrupunun üzvləri adından Hesabatın dərc edilməsində dəstəyinə görə BDU-nun rektoru Elçin Babayevə v
ə
MG Consulting şirkətinin direktoru Məhəmməd Quluzadəyə öz minnətdarlıqlarını bildirmişdir.
Şəffaflıq Azərbaycan təşkilatının rəhbəri, tanınmış hüquqşünas Əliməmməd Nuriyev qeyd etdi ki, qeyd edilən zorakılıq faktlarına görə Los-Ancelesin hüquq mühafizə orqanlarının nifrət zəminində cinayət maddəsi üzrə cinayət işi başlaması və iyulun 21-də ermənilər tərəfindən törədilmiş “kütləvi zorakılığı” nifrət zəminində cinayət kimi araşdırması üçün tam olaraq qanunverici və faktoloji əsas vardır. “Bərabərlik prinsipinə sadiq olan cəmiyyət qərəzlilik zəminində cinayətləri digər cinayətlərdən fərqləndirməli və bu cinayətlərə görə daha ağır cəza təyin etməlidir”. Bunu nəzərə alaraq hesabatın sonunda oxşar hadisələrin ABŞ və digər dövlətlərdə gələcəkdə qarşısının alınmasına yönələn müraciətlər yer alır. Belə ki, müvafiq dövlət, o cümlədən hüquq-mühafizə orqanları etnik azərbaycanlılara qarşı etnik ermənilər tərəfindən ciddi nifrət və kinin olmasında məlumatlı olmalıdırlar ki, gələcəkdə zorakılıqların qarşısını alsınlar.
MG Consulting şirkətinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə bu istiqamətdə mühüm faktları əsaslı dəlillərlə prezentasiya edərək qeyd etdi ki, hesabatın məqsədi şahid ifadələri, foto-video materiallar, elmi mənbələr, məhkəmə işləri və beynəlxalq hüquqi sənədlər əsasında Los-Anceles şəhərində azərbaycanlılara qarşı erməni diasporu nümayəndələrinin törətdiyi əməlləri nifrət cinayəti kimi sübuta yetirmək və ABŞ-ın müvafiq hüquq-mühafizə və digər orqanlarına, eləcə də insan hüquqları sahəsində çalışan təşkilatlara ingilis dilində ətraflı məlumat təqdim etməkdir.
21 iyul 2020-ci il tarixində Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu ilə üzbəüz 3000-5000 erməni etiraz aksiyası keçərərkən buna 30-60 azərbaycanlı etirazçı çıxışı etmişdir. Getdikcə gərginliyin artdığını görən Los-Anceles polisi azərbaycanlılara təhlükəsiz təxliyə dəhlizi yaratmaq qərarına gəlir. Lakin 200-300 aqressiv erməni azərbaycanlıları təqib edib, etiraz aksiyası yerindən təxminən 300 metr aralıda nifrət hissi ilə onları zorakılığa məzruz qoymuşdur. Hücum zamanı ermənilər buzlu su butulkaları, daşlar, taxta dəyənək, parkovka konusu, çəkic və digər alətlərdən istifadə etmişlər. Hücum nəticəsində 20-yə yaxın azərbaycanlı fiziki zorakılığa məruz qalmış, o cümlədən yeddi azərbaycanlı (bir qadın da daxil olmaqla) və bir polis məmuru bədən xəsarətləri almış, onlardan dördü tibbi müalicə almışdır. Bir nəfər ikinci dərəcəli beyin silkələnməsi diaqnozu ilə evdə üç həftə müalicə almışdır.
Üç şahid bildirmişdir ki, etiraz zamanı bir neçə erməninin qadağan edilmiş erməni terror təşkilatı ASALA-nın loqosu və adı olan paltar geyindiyini görmüşdür (bu fakt foto və video sübutları ilə də təsdiqlənmişdir).Hadisədən sonra, ermənilər azərbaycanlıları döydüklərini nümayiş etdirən videoları sosial şəbəkədə xüsusi fəxr hissi ilə paylaşmış, etnik türklərin və azərbaycanlıların ünvanlarını tapmaqda kömək edənlərə 500 ABŞ dolları mükafat təklif etmiş və azərbaycanlı hamilə qadınlarının qətlə yetirilməsinə dair çağırış etmişlər.
Daha sonra, Məhəmməd Quluzadə qeyd etdi ki, Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı zorakılığı Kaliforniyanın federal qanunvericiliyində, eləcə də milli və etnik mənsubiyyətə əsaslanan ayrı-seçkiliyi qadağan edən insan hüquqlarına dair beynəlxalq sənədlərdə əks olunmuş nifrət zəminində cinayətlər anlayışının əhatə dairəsinə açıq-aydın düşür.
Digər çıxış edənlər – hüquq üzrə elmlər doktoru Turqay Hüseynov, Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Cavid Abdullazadə, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Bəhruz Məhərrəmov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümüd Mirzəyev, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev və b. çıxış edərək hesabatın əhəmiyyətini və beynəlxalq praktikaya söykəndiyini qeyd etdilər.
Sonda, İşçi qrupu tərəfindən ABŞ-ın müvafiq hakimiyyət, hüquq mühafizə orqanları və digər qurumlarına aşağıdakı istiqamətlərdə müvafiq tədbirlərin həyata keçirilməsi üzrə bir sıra müraciətlər edilmişdir. Məsələn, Los-Ancelesdə etnik ermənilərin nifrət zəminində etnik azərbaycanlılara hücum etməsinə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin nifrət cinayəti əsasında məsuliyyətə cəlb edilməsi ilə bağlı hərtərəfli araşdırmanı davam etdirməklə bu işə ciddi nəzarət edilməsi; etiraz nümayişini təşkil etmiş ANCA-nın nifrətə əsaslanan zorakılığa təhrikçiliyə görə məsuliyyətə cəlb edilməsi, o cümlədən müsahibəsində nifrət, ayrı-seçkilik və zorakılığı aşılayan fikirlər bildirildiyinə görə ANCA tərəfindən müsahibəni silməklə rəsmi üzr istənilməsi; iki erməni terror təşkilatı – ASALA və “Daşnaksütyun”un ABŞ-da güman edilən gizli dayaqlarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi; Los-Ancelesdə və ondan kənarda etnik ermənilər tərəfindən gələcəkdə nifrət zəminində baş verə biləcək cinayətlərin davamlı monitorinqinin aparılmasının nəzərdə tutulması; və s.
Hesabat Azərbaycan və ingilis dillərində dərc edilib. Hesabatın ABŞ-da, Azərbaycanda və digər ölkələrdə 100-dən çox milli və beynəlxalq qurumlara göndərilməsi nəzərdə tutulur.
Hesabat BDU Hüquq fakültəsinin, MG Consulting şirkətinin və Şəffaflıq Azərbaycan təşkilatının saytlarında yerləşdiriləcəkdir.
Mətbuat konfransında 30-dan çox kütləvi informasiya vasitəsi nümayəndəsi və digər mütəxəssislər iştirak etmişdir.
Hesabatın sonunda mətbuat nümayəndələrinin sualları İşçi qrupu tərəfindən cavablandırılmışdır.
Sozcu.info
Oxşar Xəbərlər
BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək
BDU-nun beynəlxalq əlaqələri genişlənir
BDU Lion Universitetinin Hüquq fakültəsi ilə əməkdaşlığa başlayıb
“Avropa hüququ və milli qanunvericilik: qarşılıqlı əlaqələrin formalaşması və inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfrans
Xəbər lenti
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Yağış yağacaq -
PROQNOZ
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...